Qadin.NET / Yağ yandıran meyvə şirələri

Yağ yandıran meyvə şirələri

Yağ yandıran meyvə şirələri

Daimi bir pəhriz proqramı və məşqin arıqlamada əsas qaydalar olduğunu bilirik. Ancaq pəhriz saxlayarkən maddələr mübadiləmizi gücləndirəcək və yağ yandırmağımızı asanlaşdıracaq qidalar da istifadə etməyimiz lazımdır.  Pəhriz proqramımızı dəstəkləyəcək və daha sürətli arıqlamağımızı təmin edəcək təbii meyvə sularının siyahısını hazırladıq. Evdə asanca hazırlaya biləcəyiniz bu meyvə sularını içərkən şəkər və dadlandırıcı qatmamağa diqqət yetirin.

Yağ yandıran meyvə şirələri
Kök suyu
Kök suyu bol miqdarda kalsium, maqnezium və betarakotindən əlavə, A, C, K, B1​​, B3 və B6 vitaminlərini özündə cəmləyib. Güclü bir antioksidant anbarı olan kök maddələr mübadiləsini gücləndirir və arıqlamağı asanlaşdırır. İmmunitet sistemini də qüvvətləndirən bu möcüzəvi içki sizin orqanizminizi xəstəliklərə qarşı da qoruyur.
Yağ yandıran meyvə şirələri
Nar suyu
Nar tərkibində yüksək nisbətdə lif ehtiva edir və istifadəsi uzun müddət toxluq hissi verir. Antioksidantla bol bir meyvə olan nar immunitet sistemini gücləndirir və müvəffəqiyyətli bir şəkildə arıqlamağı asanlaşdırır.
Yağ yandıran meyvə şirələri
Qızıl çiyələk suyu
Qızıl çiyələk meyvəsinin suyu ən az portağal qədər şirindir. Yüksək miqdarda C vitamini ehtiva edən meyvələrdən olan qızıl çiyələk çəki azaltmağı asanlaşdırır. Maddələr mübadiləsini gücləndirən qızıl çiyələk bədəndə yağ meydana gəlməsinə də mane olar.     
Yağ yandıran meyvə şirələri

Zoğal suyu

Zoğal antioksidantla bol olan bir meyvədir. Zoğalın tərkibindəki antioksidantlar bədəndə yağ meydana gəlməsini azaldır və arıqlamağı asanlaşdırır. Maddələr mübadiləsini və həzm sistemini də gücləndirən bu meyvə arıqlamaq istəyənlər üçün mükəmməl bir seçimdir.
Yağ yandıran meyvə şirələri
Limon suyu
Arıqlama və sürətli bir şəkildə yağ yandırmaq istəyirsinizsə, limon suyunu ən yaxın dostunuz halına gətirin. Səhər oyanar-oyanmaz acqarına içəcəyiniz limon suyu bədəninizdən toksinlərin atılmasına və sürətli bir şəkildə arıqlmağınıza səbəb olar. Limon suyunu sadə halda içə bilmirsizsə, suyla qarışdıraraq için.
29 oktyabr 2014
GO BACK