Qadin.NET / Arıqlamağa kömək edəcək 13 məhsul

Arıqlamağa kömək edəcək 13 məhsul

Uzunmüddətli pəhrizlər, fikirləşmədən imtina etdiyiniz sevimli yeməklər sizə yalnız pis əhval-ruhiyyə qazandıracaq. Və bu sizi depresiyaya gətirib çıxaracaq. İndi də imtina etdiyiniz pirojnalardan, dadlı və kalorili yeməklərdən istifadə edərək müalicəyə başlayacaqsınız. Və düşünəcəksiniz ki, pəhrizi faşistlər icad edib. Ancaq siz bilməlisiniz ki, özünüzü sevdiyiniz nemətlərdən məhrum etmədən də arıqlaya bilərsiniz. Üstəlik bununla bərabər həm çəki atacaqsınız, həm də fiziki və emosional cəhətdən tam sağlam qalacaqsınız. Unutmayın ki, pəhriz zamanı bədəninizi həyati vacib olan maddələrdən məhrum etməməlisiniz. Yoxsa acı nəticə ilə üzləşəcəksiniz.

Arıqlamağa kömək edəcək 13 məhsul

1. Yumurta

Yumurta ağı təmiz zülaldır. Başqa tez həzm olunan karbohidratlardan fərqli olaraq yumurtanın ağı gec həzm olunur və insanı uzun müddət tox saxlayır. Ona görə səhər yeməyində yeyilən 2 yumurta sizi uzun müddət tox hiss etməyə kömək edəcək. Bundan başqa, yumurta, fosforla kalium, dəmir, yod, mis, fol turşusu, kalsiumla, D, E, A, B, B6 vitaminlərlə zəngindir. 

Arıqlamağa kömək edəcək 13 məhsul

2. Lobya

Təbii ki, lobyada olan fitoqromonlar iştahanı boğur. Lobyada olan Sellüloz bağırsaqları yavaş-yavaş təmizləyir və aclıq hissinin yaranmasının qarşısını alır. Onun tərkibində olan zülalda isə bütün amin turşular var. Bu səbəbdən də dietoloqlar lobyadan çox istifadə etməyə icazə vermirlər. Çünki zülalın çoxluğu böyrəklərə ziyandır.

Arıqlamağa kömək edəcək 13 məhsul

3. Kahı salatı

Qəribədir ki, belə aşağı kalorili salat, mütamadi olaraq istifadə edildikdə iştahanı azaldır. Tədqiqatçılar hesab edirlər ki, buna səbəb onun mikroelementlərlə zəngin olan tərkibidir. E və B vitaminləri, karotinlə, askorbin turşusu turşusuyla, dəmirlə, yod, kobaltla, sinklə və maqneziumla, kalsiumla, fosforla zəngin tərkibə malikdir.Kahı və kahıdan hazırlanmış salatlar mütamadi olaraq tükədildikdə qanda xolesterinin səviyyəsini azaldır, maddələr mübadiləsini normallaşdırır. 

Arıqlamağa kömək edəcək 13 məhsul

4. Yaşıl çay

Antioksidantlarla zəngin olan yaşıl çay arıqlamağa çox kömək edir. Yaşıl çay metabolizmi sürətləndirmək və yağların yandırılmasında böyük rol oynayır. Yaşıl çay damarları çox gözəl təmizləyir və qanda şəkərin səviyyəsini azaldır. Məhz qlükozanın artması nəticəsində bədənimiz şiriniyyat yeməyə bizi məcbur edir. Yaşıl çay sizə bu problemin öhdəsindən gəlməyə kömək edəcək.

Arıqlamağa kömək edəcək 13 məhsul

5. Armud 

Amerika alimlərinin son araşdırmalarına görə tərkibində sellülozanın zənginliyinə görə armud birinci, alma isə ikinci yeri tutur. Deməli armud enerji mənbəyi olub, səhər, nahar və ya şam yeməyindən sonra yeyildikdə həzmə kömək edir. Uzun müddət özünüzü tox hiss etməyə məcbur edir. Ancaq hər halda dietoloqlar armudu ac qarına yeməyi məsləhət edirlər.

Arıqlamağa kömək edəcək 13 məhsul

6.Yağsız ət və ya balıq

Demək olar ki, tərkibində amin turşularının zənginliyinə görə ət və balıq bütün məhsullarla rəqabət apara bilər. Ət və ya balıq yedikdə sizi uzun müddət tox saxlayacaq və siz yeməklər arası etdiyiniz kiçik yeməklərdən qurtulacaqsınız. Ət və balığı parda və ya zəif odda bişirmək daha məsləhətlidir.

Arıqlamağa kömək edəcək 13 məhsul

7. Zeytun yağı

Siz bilirsinizmi ki, Aralıq dənizi sakinləri daha çox yaşayır və ateroskleroz kimi xəstəlikdən daha az əziyyət çəkir, nəinki bütün Avropa əhalisi. Bu yağın sirri onun kimyəvi tərkibi ilə izah olunur. Zeytun yağı qanda xolestreni aşağı salır. Mütamadi olaraq yemək və salatlarda istifadə edikdə immunitüt sistemini də gücləndirir.

Ardı var..

27 avqust 2014
GO BACK