Qadin.NET / Pəhrizinizə dəstək-karbohidratlar

Pəhrizinizə dəstək-karbohidratlar

Pəhrizinizə dəstək-karbohidratlar

Yediyimiz demək olar ki, hər qidada karbohidratlar var. Daha tez yağ yandırmaq məqsədi ilə karbohidratları tamamilə həyatınızdan çıxartmağa gərək yoxdur. Sizi gün ərzində tox tutacaq və yağ yandırmada da köməkçiniz olacaq 4 növ qidanı təqdim edirəm.

Pəhrizinizə dəstək-karbohidratlar

Meşə meyvələri və gilas

Yabanı meyvələr, böyürtkən kimi meşə meyvələri və gilas yeyə biləcəyiniz yaxşı karbohidratlardan bəziləridir. Lif baxımından yüksək, antioksidanlarla dolu və xüsusən də kalorisi aşağı olan qida növləridir. 

Tam taxıllı çörək

2 dilim tam taxıllı çörəkdə 8 qram protein və 6 qram lif var. Bu da o deməkdir ki, pəhriz zamanı çörəyi kəsməyə ehtiyac yoxdur. Sadəcə olaraq doğru növ çörək seçərək miqdarını bir qədər azaltmaq kifayət edir. 

Pəhrizinizə dəstək-karbohidratlar

Kinoa

Qəhvə rəngli düyünün ən sağlam taxıllı qida növü düşünülür. Halbuki, kinoa adlı dənli bitki də sağlamlıq üçün çox faydalıdır.

 

Lobya, mərcimək və digər paxlalılar

Lobya və mərcimək paxlalılar ailəsinin bir parçasıdır. Tərkibi potein və liflə zəngindir.Paxlalılar ailəsinin növləri çox saydadır və gündə ən az bir çeşidini yeyin.

25 avqust 2014
GO BACK