Qadin.NET / Yağ yandıran qidalar

Yağ yandıran qidalar

Dr. Mehmet Özün bir neçə qida sadalayıb ki, bu qidalar ara paylar zamanı da rahatlıqla qəbul edilə bilər. Çünki onlar yağ yandırmaqla arıqlamağınıza böyük kömək edəcək.

Yağ yandıran qidalar
Əncir
Bu meyvə sizi daha uzun müddət tox tutar. Əncir lif baxımından olduqca güclüdür. Lif qaynağı olan bu qidanı qəlyanaltı kimi yemək həm daha az yemənizə, həm də yağ yandırmağınıza köməkçi olar. Bundan əlavə canınız şirin bir şey istədiyi zaman əlavə şəkərli qida qəbul etmək istəmirsinizsə, rahatlıqla əncir yeyə bilərsiniz. Ənciri təzə halda və eləcə də quru şəkildə yeyə bilərsiniz.
Yağ yandıran qidalar
Biyan kökü
Biyan kökü piy yaranmada böyük rol oynayan fermentlərin işini zəiflədər və eləcə də sizin uzun müddət tox qalmağınıza köməkçi olar. Çünki o, aclıq böhranlarının qarşısını alır.
Yağ yandıran qidalar

Paxlalı bitkilər
Həll edilə bilən lif qaynağı olan paxlalı bitkilər həzm kanalında sağlam bakteriya meydana gəlməsini dəstəkləyir və iltihablanmanı azaltmağa köməkçi olur.
Yağ yandıran qidalar
Qarpız 
Yayın ən sevilən meyvələrindən olan qarpız amin turşularını artırar və maddələr mübadiləsini sürətləndirər. Bundan əlavə qarpızın çoxu su olduğu üçün bədənə kifayət qədər su verir. Yağ yandırmağa başlamaq üçün ehtiyacınız olan tək şey gündə 150 ​​qram qarpız yeməkdir. 
Yağ yandıran qidalar
Püstə
Püstənin sağlamlığımıza çox faydası vardır. Lif, zülal və sağlam yağ ilə bol olan püstə tox qalmanıza köməkçi olarkən yeməyi çox yeməyinizin qabağını ala bilər. Evdən çıxmazdan əvvəl yanınıza alacağınız kiçik bir ovuc püstə sizə kömək edəcək.
Yağ yandıran qidalar
Şam fıstığı
Şam fıstığının tərkibi doymamış yağlar baxımından boldur. Eyni zamanda beynə tox olduğunuza dair siqnallar çatdıran bir qidadlr. Ona görə də o tox qalmağınıza yardım edər. Həftədə üç dəfə iki yemək qaşığı qədər istehlak etməyə çalışın.
Yağ yandıran qidalar
Mehmet Özdən bir peçenye resepti
Arıqlamaq üçün peçenye yeyəcəksiniz. Səhv oxumadınız! Bu zülalla bol peçenyelər şirin böhranlarınızın öhdəsindən gəlməkdə sizə kömək edəcək. Espressoyla birlikdə yemək kefinizi ikiqat yaxşılaşdıracaq və bədəninizi daha uzun müddət tox qalması üçün aldada biləcək. 
Tərkibi: 
150 q təbii fıstıq əzməsi 
2 ədəd yumurta 
75 q tünd şəkər 
170 q dadlandırılmamış alma püresi 
1 çay qaşığı vanilin 
1 çay qaşığı qabartma tozu 
170 q yulaf 
65 q üyüdülmüş kətan toxumu 
¼ çay qaşığı duz 
4 qaşıq şokoladlı soya zülalı tozu 
Hazırlanması: 
Sobası əvvəldən 180°C-də qızdırın. Yumurta, tünd şəkər, alma püresi, fıstıq əzməsi və vanilini qarışdırın. Zülal tozu, yulaf, kətan toxumu yağı, duz və qabartma tozunu əlavə edin. Qaşıq dolusu xəmiri peçenye əlibinə tökün və təxminən 10 dəqiqə bişirin.
21 avqust 2014
GO BACK