Qadin.NET / Daha az kalori üçün 12 təklif

Daha az kalori üçün 12 təklif

Arıqlamağa çalışan hər kəs bilir ki, bu iradə və inanc tələb edən bir işdir. Əslində bəlkə də düşündüyünüzdən daha asan bir şəkildə bunu edə bilərsiniz. Hər yeməyinizi 40-50 kalori azaltmağı bacarsanız, kilo vermə mövzusunda hədəfinizə çox daha asan əldə edə bilərsiniz.  Budur kalori azaltmaq üçün 12 məsləhət.

Daha az kalori üçün 12 təklif
1. Təzə meyvə yeyin: Meyvə suları yerinə təzə meyvə yeməyə üstünlük verin. Meyvə suları çox miqdarda şəkəri özündə cəmləyir. Orta hesabla bir portağal 60 kalori ikən bir qutu portağal suyu 120 kalori ola bilər. Bununla birlikdə təzə meyvə hər zaman daha çox lif ehtiva edir.
2. Şirniyyatlarınızı kiçildin: Kalori azaltmaq üçün bütün şirnilərə xeyr demək lazım deyil, lakin kiçik dilimlər yemək şərtiylə. Məsələn, tortun kremin azltmaq kimi kiçik addımlar belə kalori azaltmada təsirli olacaq. 
Daha az kalori üçün 12 təklif
3. Şəkərli içkilər yerinə suya üstünlük verin: Şəkərli içki yerinə suyu seçməniz gündə bir neçə yüz kaloridən can qurtarmağınızı təmin edə bilər. Əgər bu içkilərə yox deyə bilmirsinizsə, ən azından pəhrizli olanlarını seçin. Bununla birlikdə spirt, süd və meyvə sularını diqqətli istehlak edin. 
4. Zülal istehlakına yönəlin: Yüksək zülal aşağı karbohidratlı qidalarla bərabər sizi yağdan uzaq tuta bilər. Zülalların enerjiyə çevrilməsi uzun bir prosedur tələb edir və bununla birlikdə sizi daha tox saxlayır.
5. Yeməklərinizdə daha az yağdan istifadə edin: Yeməklərinizin yağda üzməsi əvəzinə daha aşağı istilik və bir yemək qaşığı zeytun yağı istifadə edin. Yeməkləriniz üçün daha az kalori ehtiva edən və daha çox omeqa3 ehtiva edən zeytun yağı, kətan toxumu yağı kimi yağlardan istifadə edin. 
6. Lifli qidalara üstünlük verin: Lif şişkinlik yaradar. Sadəcə həzm sisteminiz üçün deyil, eyni zamanda toxluq hissi üçün də yaxşıdır, beləcə daha az yeyəcəksiniz. Buna görə taxıl, kök və s. qidalar istifadə edin. 
7. Boşqablarınızı kiçildin: Gündə 3 böyük pay yemək məcburiyyətində deyilsiniz. Bunun yerinə boşqablarınızı kiçildib 4-5 kiçik pay halında bəslənə bilərsiniz. Beləcə, maddələr mübadiləniz gün ərzində fəaliyyətdə olar.
8. Daha kiçik qablarda yeyin: Qabınızı kiçildin. Böyük qab sizi daha çox yeməyə təşviq edər. 
9. Karbohidratlı yeməkləri azaldın: Kartof kimi yüksək kalorili yeməkləri diqqətli istifadə edin. Bunun yerinə barbunya lobyası kimi vitamin və liflə zəngin olan qidaları seçin. 
10. Tam taxılı seçin: Mümkündürsə tam taxıl çörəyi yeyin. Tam taxıl daha az kalori, daha yüksək qida dəyərlərinə malikdir. Bundan əlavə dəmir və lif baxımından da zəngindir. 
11. Evdə yeyin: Restoranlar və fast-food dükanlarının əsl məqsədi sizə ehtiyacınızdan çox yemək verməkdir. Buna görə çöldə yediyiniz zaman daha çox kalori alarsınız. Evdə yeyərkən isə nəyi nə qədər yeyə biləcəyinizi daha rahat seçə bilərsiniz. 
12. Çöldə yeyərkən sifarişinizə diqqət edin: Çöldə yemək alarkən ana yemək yerinə bir qəlyanaltı ala bilərsiniz. Hələ doymadınızsa, bir salat istəyə bilərsiniz. Pizza yeyirsizsə, incə xəmirli və tərəvəzə üstünlük verib bir dənə seçə bilərsiniz. 
Kalori azaltmaq mütləq ağrılı bir şəkildə olmaq məcburiyyətində deyil, yuxarıdakı təkliflərdən istifadə edərək bunu daha asan bir şəkildə reallaşdıra bilərsiniz. Bəslənmə vərdişinizdə edəcəyiniz kiçik dəyişikliklər sizi gümrah saxlayıb kilonuzu azaltmağa kömək edəcək.
16 avqust 2014
GO BACK