Qadin.NET / 10 addımda düz qarına sahib ol!

10 addımda düz qarına sahib ol!

Qarın yağlarından xilas olmaq vaxtı deyilmi? Düzgün və hamar bir qarına sahib olmaq hər qadının xəyalıdır. Aylarla tutulan pəhrizlərə baxmayaraq hələ də müsbət nəticə əldə edə bilmirsinizsə, həkimə müraciət edin. Çünki bunun ciddi bir səbəbi də ola bilər. 

10 addımda düz qarına sahib ol!

Sizə arıqlamaq üçün kömək edəcək bir neçə məsləhət veririk. Buyurun, faydalanın.

1. Zülal qəbulunu artırın.

10 addımda düz qarına sahib ol!

Maddələr mübadiləsini sürətləndirmək üçün səhər yeməyinizdə 4 ədəd qaynadılmış yumurta ağı qəbul edərək orqanizmin zülal qəbulunu artırın. Bu yolla maddələr mübadiləniz səhər sürətlənəcək və formanıza qovuşma hədəfinizə yaxınlaşacaqsınız. Zülalla  zəngin qidaların həzmi, sorulması (absorb) və istifadəsi daha uzun müddət çəkər. Bu da daha artıq kalori yandıracağınız və özünüzü daha uzun bir vaxt tox hiss edəcəyiniz mənasına gəlir.

2. Hər gün bir alma yeyin.
Düz bir qarına sahib olmağın ən təsirli vasitələrindən biri də hər gün meyvə və tərəvəz qəbul etməkdir. İmmunitet sisteminizi gücləndirmək və lif qəbulunu artırmaq üçün hər gün 2-4 dəfə meyvə və 4-6 dəfə tərəvəz qəbul etməyi hədəfə almalısınız. Buna hər gün bir alma yeməklə başlaya bilərsiniz. Almada xolestrolu azaldan pektin var.
10 addımda düz qarına sahib ol!
3. Əzələ məşqləri edin.
Məşq etmədiyiniz zaman belə nə qədər artıq çəkiniz varsaŞ o qədər artıq kalori yandırarsınız. Əzələ məşqi etmədən sadəcə kardiyo məşqləri etsəniz, qarın nahiyənizdəki əzələlərindən başqa əzələ kütləsindən də itirərsiniz. Düz bir qarın üçün rutin məşq proqramınıza əzələ məşqlərini daxil edin.
10 addımda düz qarına sahib ol!
  4. Su qəbul edin.
Hər gün yetərli qədər su içməyiniz arıqlama prosesində sizə köməkçi olacaqdır. Yemək yeməzdən əvvəl su içməyi yoxlayın. Beləcə, daha az yeyərsiniz. Aclıqla suzsuzluğu bir-birinə qarışdırmamağı öyrənin. Bunun ən yaxşı yolu hər nahardan əvvəl su içməkdir.
10 addımda düz qarına sahib ol!
5. Kardio məşqlərini genişləndirin.
Düz bir qarın üçün 60 dəqiqə yoğun məşq etməyiniz vacibdir. 10 dəqiqə qaçmağı, sonra 1 dəqiqə sürətli qaçmağı, arxasından 5-10 burpee hərəkəti etməyi və 5-10 dəfə press etməyi yoxlayın. Ən yaxşı nəticə üçün bunları ən az 5 dəfə təkrarlamaq lazımdır. Ancaq bütün hərəkətləri 1 dəfə edərək təkrarlayın.
10 addımda düz qarına sahib ol!
6. Gecə gec vaxtı yemək yeməyin.
Yatağa girmə vaxtının 2 ya da 3 saat əvvəlindən etibarən bir şey yeməyin. Bilirik ki, bu çətindir, amma vacibdir. Yatarkən maddələr mübadiləsi zəifləyir və bu da yatağa girmədən aldığınız kaloriləri yandırmayacağınız mənasına gəlir. Bir stəkan su içməyi yoxlaya bilərsiniz.
7. Piometrik məşq
Piometrik hərəkətləri edərkən 90% yorğunluqla məşq edirsiniz və maddələr mübadiləsini canlandırırsınız. Bu da daha qısa vaxtda düz bir qarına sahib olacağınız mənasına gələr.
10 addımda düz qarına sahib ol!
8. Duz qəbulunu azaldın.
Bu, ümumi sağlığınız üçün də faydalı olacaqdır. Hədsiz duz qəbulu şişkinliyə səbəb ola bilər. Bu da formanıza qovuşma hədəfinizə tərs olar. Duz qəbulunu azalda bilmirsinizsə, dəniz duzu istifadə etməyi yoxlaya bilərsiniz. Daha az sodium tərkibli duz növləri şişkinliyin azalmasına köməkçi olacaqdır.
9. Kola və qazlı su içməkdən imtina edin.
Kola və qazlı içkilər düz bir qarının ən böyük düşmənidir. Qarnınızın daha düz görünməsini istəyirsinizsə, bu içkiləri qəbul etməyi buraxın.
10 addımda düz qarına sahib ol!
10. Gövdənizi gücləndirin.
Bu, çox çətin məşqlər etməyiniz mənasına gəlmir. Gövdənizi bəzi asan vasitələrlə də gücləndirə bilərsiniz. Sadəcə dik durmağınız və nəfəs alıb-verişinizə nəzarət etməyiniz yetərli olacaqdır. Yoqa da gövdənizi gücləndirmək üçün gözəl bir vasitə ola bilər.
12 avqust 2014
GO BACK