Ruhi və fiziki olaraq yaya hazırlanmanın vaxtı gəldi də keçdi; bizə düşən isə kiçik dəyişikliklərlə metobolizmimizi gücləndirməkdir. Həyatımızda edəcəyimiz kiçik dəyişikliklərlə, xəyalımızdakı görüntüyə qovuşmaq mümkündür. Qış aylarının soyuq və qapalı havası bir çox insanın hərəkətsiz qalmağına, kilo almasına, idmandan və hətta sosial həyatdan uzaqlaşmağına səbəb olur.
Beləliklə, metobolizmimizi gücləndirərək arıqlaya da bilərik.
Metopolizminizin işləməsi və beyin performansı üçün ən vacib nahar olan səhər yeməyini qətiyyən atlamayın.
Ağ qidalar yerinə tam buğda, çovdar, kəpək kimi rafinə edilmiş qidaları tərcih edə bilərsiniz.
Kefir və perobiotik yoqurtlar qəbul etmək həzm sisteminizi və yaddaş sisteminizi dəstəkləyər.
Tərəvəz və meyvələr C vitamini baxımından zəngin qidalardır. Naringi, kivi, quşburnu və portağal kimi meyvələrlə, ispanaq, kahı, bibər, kələm kimi yaşıl yarpaqlı tərəvəzlərin qəbulunu artırın.
Kofeinli içkiləri azaldın. Qəhvə, çay, soyuq içgkilər, kakao və oxşarları kimi kofeinli içkilər yerinə ağ çay və yaşıl çay kimi bitki çaylarından içib rahatlana bilərsiniz. Ağ çay sağlam qidalanma alışqanlıqları ilə birlikdə gün ərzində 2-3 fincan qəbul etdiyinizdə metobolizmanız canlanar.
Gecələri yağlı və çox miqdarda yemək yeməməyə diqqət göstərin. Gecə yavaşlayan metobolizma bir də ağır və yağlı qidaların həcmi üçün məcbur edilməməlidir.
Az-az, tez-tez yemək yemək yeyin.
Səhərləri əsasən ac qarına edilən gəzinti metobolizmi canlandırmağa dəstək olar.