Qadin.NET / Səhvsiz arıqla

Səhvsiz arıqla

Səhvsiz arıqla

Artıq çəkidən xilas olmağı kim istəməz ki. Bunun üçün onlarla pəhrizlərə müraciət edən xanımlarımız az deyildir.  Lakin indiyə qədər bildiyiniz doğru yol və üsullardan hansının düz, hansının səhv olduğunu buradan oxuyacaqsınız. 

1-ci səhv: Artıq çəkidən xilas olmaq üçün karbohidrat olmayan pəhriz menyusu lazımdır. 

Əslinə baxsanız, karbohidrat hər bir pəhriz menyusu üçün vacibdir. İnsan orqanizmi üçün əvəzi olmayan bir maddədir. Əgər karbohidrat olmayan pəhriz menyusundan yararlansanız, pəhrizlə vidalaşdığınız gündən etibarən artıq çəkinizi yenidən qazanmış olarsınız. Odur ki, meyvə, tərəvəz, quru yemiş kimi sağlam qidalara üstünlük verin.

Səhvsiz arıqla

2-ci səhv: Arıqlamaq üçün yağlı qidalardan uzaq durun.

Yağ yeməyə dad qatır. Yağ olmayan yeməyin dadını və ləzzətini yox bilin. Bunun əvəzinə dadlandırıcı hər hansı bir ədviyyat qataraq yağın əskikliyini hiss etməməyə çalışırsınız. Əslində qatdıqlarınız əlavələr yağdan qat-qat çox kalorilidir. Yağsız, az qidalar belə nəticədə çəkiyə çevrilir. Yağlılığı az, lakin təzə olmayan qidalardansa, yağlılığı çox, lakin təzə olan qidalara üstünlük verin. Nəticə etibarı ilə gündəlik nə qədər yağlı yediyinizi müəyyən edin.

3-cü səhv: Bəzi qidalar yağı əridər və arıqladar.

Heç bir qida yağ əritməz. Kofein tərkibli qidalar həzm prosesinə kömək ola bilər və bədəninizin qəbul etdiyi kalori və enerjini qısa zamanda işlədər. Lakin arıqlatmaz. Təəssüf ki, həmin qidanı yeyərkən sərf etdiyiniz enerjinin heç bir qismini də əritmək gücünə malik deyillər.  

Səhvsiz arıqla

4-cü səhv: Axşam saatlarında, ən çox da 8-dən sonra yeyən insanlar çox kökəlirlər.

Gecə 2-də və ya gündüz 2-də yediyiniz yeməklər arasında heç bir fərq yoxdur. Sadəcə, axşam yediyiniz bir tikə yeməyin həzmi üçün, gündüz lazım olduğundan daha çox vaxta ehtiyac var. Nahar zamanı yediyiniz yemək tez həzm olunur, çünki aktiv hərəkət edirsiniz. İşləyirsiniz, gəzirsiniz, hərəkət edirsiniz. Lakin axşam yediyiniz yeməkdən sonra heç bir enerji sərf etmirsiniz. Əgər gecə yemək istəmirsinizsə, onda səhər qəlyanaltılarını və nahar yeməklərini ötürməyin. 

5-ci səhv: Bol su içmək arıqlamaq üçün ən asan yoldur. 

Su içmək faydalı olmaqla yanaşı, həm də çox vacibdir. Lakin o, sizin yağları əritmək sehrinə malik deyildir. Kalorili qidalar yerinə bol miqdarda su içməyə başlamalısınız. Yoxsa təkcə su içməklə heç bir kalorilərinizdən xilas olmazsınız.  

Səhvsiz arıqla

6-cı səhv: Yaşıl çay arıqladır.

Yaşıl çay arıqlamağınızı sürətləndirir. Lakin on stəkan yaşıl çay içərək arıqlamağınız və bu incəliyi uzun müddət qorumağınız heç də mümkün deyil. Yaşıl çaydan qəbul etdiyiniz bütün faydaların tərkibindəki kofeindən az olduğunu bilməlisiniz. Əgər kofeinə qarşı həssaslığınız varsa, əlavə kofein qəbulundan uzaq dayanmalısınız. Çünki kofein miqdarının çoxluğu ürək ritminə mənfi təsir edir.  

Səhvsiz arıqla

7-ci səhv: Hər şeyi yeyə bilərsən. Yetər ki, idman et.

Sağlam düşüncə ilə qeyd edək ki,  yediyiniz yeməyin payını azaltmaq daha ağlabatandır. Az kalori yığaraq, sağlam idmanla məşğul olmaq daha yaxşıdır. Məhz bu zaman yediyinizin və əlavə olan artıq kalorilərinizi yandıra bilərsiniz. Bəzi insanlar üçün bir paket çips çərəzi yemək, bir saat yürüş etməkdən üstündür. Lakin unutmayın ki, yediyiniz yeməyin kalorisinə və kefiyyətinə baxmayaraq illərlə idman etsəniz də arıqlamazsınız. İdman arıqlamaq üçün deyil, sağlam həyat tərzi üçündür.  Yediyinizə və içdiyinizə diqqət edərək, idman edərək sağlam ömür yaşayın. 

8-ci səhv: Təbii arıqlatma vasitələrinin heç bir əks təsiri yoxdur.  

Əgər bir vasitə təbii belə olsa, hər hansı bir dəyişikliyə səbəb ola bilirsə, demək əks təsirə də malikdir. Əgər təbii nəsə istəyirsinizsə, bunu məhz qidalandığınız yeməklərdə axtarın.  Hər il bir-birindən fərqli arıqlatma vasitələri satışa çıxarılır. Hamısının da arıqlamaq üçün ideal olduğunu və müsbət təsir göstərdiyini qeyd edirlər. Lakin tədqiqatlara görə, bir şeyə faydası olan istənilən vasitənin başqa bir şeyə zərəri də vardır. Odur ki, sağlam qidalanmış olsanız, sağlam ömür yaşasanız, istənilən arıqlatma vasitələrinə ehtiyacınız olmadan incə ola bilərsiniz. 

21 may 2014
GO BACK