1. Kifayət qədər yatmamaq
Kifayət qədər yatmır və dincəlmirsinizsə, kökəlməyiniz qaçılmazdır. Çünki gec saatlara qədər oturduğunuz zaman hormon səviyyənizdə dəyişikliklər meydana gələrək iştahanız artar və gecə nəsə yeməyinizə səbəb olar.
6. Klimaks
Çox qadın klimaksa girdikdən sonra kökəldiyini iddia etsə də kökəlıməyin tək səbəbi bu deyil. Yaşlanma maddələr mübadiləsini də aşağı salır, beləcə daha az kalori xərclənir. Ancaq unutmayın, hər yaşın özünün lazım olan çəkisi ayrı hesablanır. Yaş irəlilədikcə gənclik vaxtındakı çəkidə olmağa çalışmaq immunitetinizi aşağı salar.
7. Siqareti tərgitmək
Siqareti tərgidən şəxslər təxminən 10 kq kökəlir. Bunun səbəbi əslində siqareti tərgitmələri deyil, nikotin ehtiyaclarını qidalardan almağa çalışmalarıdır. Siqareti tərgitdikləri dövrdə daha çox acdıqlarını hiss edərək karbohidrat və yağ nisbəti yüksək olan qidalara yönəlirlər.
8. Tez-tez aşağı kalorili pəhriz saxlamaq
Əgər ehtiyac duyduğunuzdan az olan enerji və qida elementlərilə qidalanırsınızsa, bu vəziyyət maddələr mübadiləsinin sürətini azaldar. Buna görə də yeməyən, amma asanlıqla kökələn bədənə sahib ola bilərsiniz.