Dünyada Jay Z və Kanye Vest ilə birlikdə hip-hop küləkləri əsir. Üstəlik, bu külək klublardan idman salonlarına qədər gedib çatır.
Havaların istiləşməsi iki şeyi müjdələyir: baharı və arıqlama zamanının gəldiyini. Arıqlamaq üçün hər gün qarşımıza fərqli bir üsul çıxır. Bir gün qaçır, səhəri gün pilates, yoqa kimi fərqli alternativlərə yönəlirik. Amma çox vaxt nəticə o qədər də yaxşı olmur.
Hip-hop indi demək olar ki, klublara deyil, fitness salonlarında daha çox səslənir. Əgər qaçmaq, tullanmaq sizə görə deyilsə, ombanızı yelləyərək öz bədəninizi formaya sala bilərsiniz. Üstəlik, bu yaz klublarda hip-hop mahnıları çox çalınacaq. O halda bir az hip-hop mədəniyyətinə nəzər salaq. Hip-hopun ana vətəni ABŞ-dır. Dünyada ən yaxşı hip-hop sənətçiləri ABŞ-dan çıxır. Jayn Z, Kanye Vest, Eminem, Tupak. Bu siyahını istənilən qədər uzatmaq olar.
Hip-hop 1970-ci illərin sonunda pis şərtlərdə yaşayan zəncilərin meydana gətirdiyi bir mədəniyyət, bir həyat formasıdır. Bu aralar fərqli şəhərlərdə və səmtlərdə hip-hop kursları diqqətinizi çəkə bilər. Bir çox tanqo, latın rəqsi dərsi verən studiyalar da dərslərinə hip-hop əlavə edirlər.
Yaxşı bəs niyə hip-hop? İlk olaraq ona görə ki, hip-hop əyləncəlidir. Bir tərəfdən əzələləri gücləndirərkən digər tərəfdən də bədənimizin formaya düşməsinə köməklik edir. Məsələn, belimizin incəlməsini təmin edir. Hip-hop modası baharın və yazın ən öndə olan stillərindən biridir. Bu dəblə ayaqlaşmaq üçün nə edəcəyik? Barmaqlarımıza çox sayda üzük, biləklərimizə qalın biləkliklər taxıb, uzun koftalar geyinib böyük boyunbağılarla tamamlayıb enli kəsimli şalvarlar geyinməliyik. Ayaqlarda isə rəngarəng rezin ayaqqabılar. Həm rahat, həm də yeni bir tərz.