Qadin.NET / Arıqlama haqda yanlış məlumatlar (1)

Arıqlama haqda yanlış məlumatlar (1)

Arıqlama haqda yanlış məlumatlar (1)

Hamınızın saxladığı pəhrizlər var. Arıqlamaqla bağlı saysız söhbətlər yayılır, hətta bəziləri fenomen hala da gəlib çıxır. Arıqlamaq istəyəndə "Mütləq bunu iç, bunu ye" və s. şözləri də eşidirik. Ortalıqda dolaşan bu məlumatların bir çoxu heç bir əsası olmayan səhv məlumatlardır. Dietoloq Çiler Aslanalp arıqlamaqla bağlı yanılş məlumatlara aydınlıq gətirib.                              

1. Çay və qəhvə suyu əvəz edir

Çay, qəhvə kimi içkilər əsla suyun yerini vermir. Əksinə, bədəndən suyun atılmasına səbəb olur. Buna görə də gündəlik su qəbuluna önəm vermək lazımdır.

Arıqlama haqda yanlış məlumatlar (1)

2. İstədiyim qədər meyvə yeyə bilərəm

Bildiyiniz kimi, meyvələr kalorisiz və ya az kalorili qida deyil. Meyvəni də lazımi miqdarda yemək gərəkdir. Çox meyvə yeməklə alınan fruktoza orqanizmdə yağa çevrilir və qarın bölgəsində piylənməyə səbəb ola bilər.

3. Su içsəm, arıqlayaram 

Su - sağlam qidalanmanın bir hissəsidir. Orqanizmdə yaranan toksik maddələrin atılması üçün lazımdır. Sodium, flor, kalium, kalsium mineralları ilə zəngindir. Hər hansı karbohidrat, protein, yağ və ya vitamin qaynağı deyil! Su kalorisizdir və insanı arıqlatmağı mümkün deyil. Sağlam olmaq üçün su içilməlidir.                                                                           

Arıqlama haqda yanlış məlumatlar (1)
4. Keşniş suyu arıqladır
Keşniş sidikqovucu təsiri olan və C vitamini baxımından zəngin bir göyərtidir. Bu səbəbdən orqanizmdə yaranan çəki itkisi yağdan deyil, məhz sudandır.
5. Əgər vaxtında yemək yeməsəm, arıqlayaram
Yeməyin vaxtında yeyilməməsi sağlam və nizamlı bir qidalanma deyil. Belə olan halda sağlam arıqlaya bilməzsiniz. Yağ itkisi ilə mübarizədə yemək saatından əsla vaz keçməyin.
6. Saat 18:00-dan sonra yesəm, kökələrəm
Çox gec yatdığınız gün uzun zaman ac qalsanız, gecə ac yatdığınız üçün günə pis başlayarsınız. Bu zaman metabolizm yavaşlayır. Gecə saat 00.00-da yatan insan ən gec 21.00-22.00 arası az miqdarda yemək yeyə bilər.
Arıqlama haqda yanlış məlumatlar (1)
7. İdmandan sonra yemək yeməsəm, tez arıqlayaram
İdmana başlamazdan öncə və sonra nə yeyəcəyiniz planlaşdırılmalıdır. İdman zamanı əzələlərin sağlam şəkildə işləyə bilməsi üçün buna diqqət etməlisiniz. 
  8. Səhər acqarına limon və ya qreypfrut suyu içsəm, yağ yandıraram
Təəssüf ki, hər hansı bir yemək və ya içkinin qəbul edilməsi ilə bədəndəki yağlardan azad olmaq mümkün deyil. Bundan başqa, mədə rahatsızlığı olan insanlarda problem yarana bilər.
19 fevral 2014
GO BACK