Qadin.NET / Qarın piylərinin əriməməsinin 5 səbəbi

Qarın piylərinin əriməməsinin 5 səbəbi

"Qarnımdakı piylər niyə ərimir?" deyə dərd edənlərdənsiniz? Buyurun, səbəblərlə tanış olaq.

Maqnezium çatışmazlığı
Ürək ritmini və qan şəkəri səviyyəsini tarazlaşdırmaq kimi 300 kimyəvi reaksiya üçün bədənimizin magneziuma ehtiyacı vardır. Sağlamlığa olan faydalarından əlavə olaraq, bu qida maddəsi, arıqlamağa da kömək edir. 
Hamar qarın üçün maqnezium cəhətdən zəngin olan qidalardan istifadə edin. Məsələn, yaşıl yarpaqlı tərəvəzlər, lobya və qoz-fındıq maqnezium baxımından zəngin qidalardır. Qidalanma şəklinizi dəyişdirmək istəmirsinizsə, həkiminizə müraciət edərək gündəlik maqnezium həbləri qəbul edə bilərsiniz. 30 yaşındakı qadınlar üçün məsləhət görülən gündəlik maqnezium əlavəsinin miqdarı 310 mq, 30 yaşdan yuxarı qadınlar üçün 320 mq-dır.
Qarın piylərinin əriməməsinin 5 səbəbi
Yanlış məşqlər
Bir çox insan arıqlamaq üçün uzun qaçış kimi məşqlərə yönəlir. Nizamlı olaraq edilən 45 dəqiqəlik qaçışlar başlanğıcda bir neçə kilo arıqlamağınıza köməkçi olsa da, çox keçmədən maddələr mübadiləsi bu tempə alışır və kalori yandırmağı dayandırır.
Bəs böyük qarnınızdan xilas olmaq üçün daha təsirli bir üsul varmı? Ağırlıq məşqləri! Ağırlıq qaldırmaq əzələlərinizdə mikro yırtıqlara səbəb olar və əzələləriniz özünü toplayarkən ikiqat enerji xərcləyər. Əzələlərinizin özünü yeniləməsi məşq etdiyiniz gündən iki gün sonraya qədər davam edə bilər.
Araşdırmaçılar kilo itkisində ən təsirli üsulun sıx intervallı məşqlərin olduğunu açıqlayıb.
İngiltərədə aparılan araşdırmada isə, sprint deyilən qısa və sürətli qaçışla məşğul olanların iki həftəlik məşq proqramıyla qarın və ayaqlarındakı piylərdən azad olmağa başladıqları müəyyən olunmuşdur.
Hamar qarın üçün üzmək, velosiped və qaçış kimi istədiyiniz bir çox ağır məşq proqramı hazırlaya bilərsiniz.
Qarın piylərinin əriməməsinin 5 səbəbi
Yuxu nizamı 
Aparılan araşdırmalara görə, bir çox qadın kifayət qədər yatmadığından şikayətçidir. Yuxu nizamsızlığı qarın bölgənizdə xoş olmayan nəticələrə səbəb ola bilər. 
Nizamsız və az yuxu, ghrelin adlı hormonun səviyyəsini salır və qadınlar gecələr yedikləri yağlı yeməklər səbəbiylə kökəlirlər. Hamar qarın üçün gündə ən azı 7 saat  yatıb dincəlməyiniz şərtdir! 
Keyfiyyətli yuxu üçün yataq otağınızdan elektron cihazlarını çıxarın, otağınızı havalandırıb sərinlədin və günorta yeməyindən sonra kofeindən uzaq olun.
Qarın piylərinin əriməməsinin 5 səbəbi
Qazlı içkilər 
Şəkərli və qazlı içkilər əsl pəhriz fəlakətləridir. Qazlı içkilərin kalorisiz olanları belə qarın piylərinin ən böyük düşmənidir. 
"Obezite" jurnalında 2012-ci ildə nəşr olunan məqalədə normal qazlı içkilərin qarın bölgəsində piylənməyə səbəb olduğu məlum olub. Digər tərəfdən, "light" və şəkərsiz qazlı içkilər heç də saf deyil! 
Pəhrizli qazlı içkilər həm qarın bölgənizdə, həm də bədəninizin bütün bölgələrində piylənməyə səbəb olur. Bunun səbəbi içkilərin içində süni dadlandırıcıların olmasıdır və bədəniniz şəkər və enerji gözləyərkən heç bir şey ala bilmir. Bu vəziyyətdə isə bədəniniz aclıq siqnalları verərək daha çox yemək yeməyinizə səbəb olur. Hamar qarın üçün qazlı içkilər yerinə təbii meyvə sularını seçin. Mümkün olduqca şəkərli içkilərdən uzaq olun.
Qarın piylərinin əriməməsinin 5 səbəbi

Duzdan çox istifadə etməyin 

Duzlu yemək yedikdən sonra başınızın gicəlləndiyini hiss edirsinizsə, bunun səbəbi beyninizlə əlaqəli deyil. 

Duz miqdarı gündəlik 2,300 mg. olsa da, insanların 90%-i hər gün bu sərhəddi aşır. Hamar qarına sahib olmaq üçün yeməklərinizə duz əlavə etməkdən imtina edin. Bunun yerinə yeməklərinizdə ədviyyatlardan istifadə edin.

Qarın piylərinin əriməməsinin 5 səbəbi
6 fevral 2014
GO BACK