Qadin.NET / İştahı itirmədən arıqlamağın yolları

İştahı itirmədən arıqlamağın yolları

 

İştahı itirmədən arıqlamağın yolları

 

Cansıxıcı pəhrizlərin sonu çox zaman nəticəsiz qalır. Nəinki arıqlamaqdan ötrü, eləcə də bütövlükdə sağlam olmaq bir neçə qaydalara riayət etmək lazımdır. İştahla yeyin və cansağlığı ilə artıq çəkilərdən azad olun.

1. Tərəvəz qarnirlərini iki dəfə artırın.

Qoy sizin boşqabda tərəvəz yeməklərinin miqdarı ət yeməklərindən iki dəfə çox olsun. Ana təbiət bizə vitaminlərlə bol olan, lifli və bəsləyici maddələrlə zəngin, daxilində orqanizmə ziyanlı olan doymuş yağlar olmayan maddələr bəxş etmişdir.

Bundan əlavə, ət məhsullarından fərqli olaraq tərəvəzlər az kalorilidir. Çalışın ki, gündəlik yeməklərinizdə 100 qramdan çox olmasın.

 

İştahı itirmədən arıqlamağın yolları

 

 

2. Toyuq ətinin dərisini yeməyin.

Qıpqırmızı qızardılmış toyuq ətindən imtina etmək çox çətindir. Bundan özünüzü məhrum etmək çox da mühüm deyil, lakin bilməlisiniz ki, qızardılmış toyuq ətində çox sayda yağ və kalori var. Əgər artıq yağları qəbul etmək istəmirsinizsə, toyuğu sobaya yerləşdirməmişdən öncə dərisindən azad edin, dadının ləzzətli olması üçün isə yetər ki onu dadlı sousda və marinadda basdırma edəsiniz.

3. Meyvə çox, şirə isə azlıq təşkil etməlidir.

1 stəkan portağal şirəsinin kalorisi 2 portağaldan daha çoxdur. Bu hal bütün şirələrə aiddir. Şirələr sərinləşdirici ola bilər, amma sizi doyuzdura bilməz. Şirədənsə daha yaxşı olardı ki, meyvə yeyəsiniz, meyvə həm dadlıdır, həm də tərkibi faydalı liflərlə dolu olu bir təamdır.

 

İştahı itirmədən arıqlamağın yolları

 

 

4. Kəpəkli çörəyi yeməyə alışın.

Bəli, ağ çörəyin dadı daha ləzzətlidir, amma kəpəkli çörək bilirsiniz nə qədər xeyirlidir? O, minimum iki dəfə liflərlə, sinklə, maqnezium və B6 vitamini ilə zəngindir. Sizin üçün bu çox çətindir? O zaman buna özünüzü asta-asta yormadan vərdiş edin. Məsələn, gün ərzində bir dilim ağ, bir dilim kəpəkli çörək yeyin.

5. Nahar və şam yeməyi arası çox uzana bilər.

 Çəkinmədən çörək və ya lavaş arasında kəsmik, pomidor, xiyar, toyuğun döş ətini yemək sizə yardımçı olacaq.

 

İştahı itirmədən arıqlamağın yolları

 

 

6. Ponçiklərlə müharibə...

Artıq çəkilərin düşməni sayılan yağda qızardılmış un məmulatlarına yox deyin. Daha yaxşı olar ki, keks və ya bulka yeyəsiniz.

İştahı itirmədən arıqlamağın yolları

7. Pendiri azaldın.

Pendir çox ləzzətlidir, amma kalorilidir. Pendiri tədricən az-az, dilimləri nazik olmaqla gündə iki dilim yeyin.

8. Sendviçlər, buterbrodlar ətsiz də ləzzətli olur. 

 Çörəyin arasına pomidor, xiyar, kahı, ürəyiniz nə istəsə qoyun, yalnız ətdən başqa.

9. Kotlet xoşlayanlar. 

Əti toyuğun döş əti ya da hind toyuğu farşı ilə əvəz edək. Bu, daha yüngül və daha az kalorili olacaq.

İştahı itirmədən arıqlamağın yolları

 

10. Qazlı içkilərdən imtina edin.

Qazlı içkilərin orqanizmə ziyandan başqa bir xeyri yoxdur. Ən yaxşı içki adi suya bir-iki damcı limon sıxılmış sudur.

Çalışın arıqlayarkən yavaş-yavaş bədəninizi bu pəhrizlərə öyrəşdirin.

15 yanvar 2014
GO BACK