Qadin.NET / İdeal, yoxsa sağlam çəki?

İdeal, yoxsa sağlam çəki?

 

Daha çox arıqlamaq istəyənlərin arzuladıqları çəkiyə tez qovuşmaq istəyi ilə gündəlik ehtiyaclarından daha az kaloriylə qidalanması tez-tez rast gəldiyimiz yanlış hərəkətdir. Kifayət qədər və balanslı qidalanmadığı üçün bir müddət sonra insanın fiziki sağlamlığı pozulur, eyni zamanda da gözlədiyinin reallaşmadığı üçün psixoloji sağlamlığı pozulmağa başlayır və stres keçirir.
Həqiqi olmayan hədəf təyin edərək pəhrizə başlayanlar bacarmayacaqları bir işə addım atmış olurlar. Nəticədə peşmançılıq ehtimalı yüksəkdir. Belə şəxslər özlərini şüurlu olaraq yeməkdən məhrum edir və bu da onların davamlı ac qalmalarına səbəb olur. Bir müddət sonra orqanizm "üsyan edir" və aclıqla daha mübarizə aparmaq mümkün olmur. Sonda ya "Mən bu işi əsla bacaramaram" deyə pəhrizdən imtina edir, ya da özlərinə olan inamını itirərək günahkarlıq duyğusu ilə yaşayırlar.
Hədəflərinin səhv olduğunu deyil, o hədəfə yalnış üsulla başladıqlarını düşünürlər. Bu səbəblə həmin hədəfə çatmaq üçün ağıllarına gələn bütün "asan yolla arıqlama" üsullarından istifadə edə bilərlər. Nəticədə fiziki sağlamlıqlarını pozmaqla yanaşı, eyni zamanda da olmayacaq bir xəyalın arxasında qaçarkən stresə düşürlər. Çatmaq istədikləri çəkini doğru təyin etdikləri halda, həftə ərzində itirdikləri çəkinin qeyri-kafi olduğundan şikayət edənlər də vardır. Bu şəxslərin qarşılaşdıqları problem isə bir həftədə bacarmış olduqları inkişafı görməmək, həmişə daha çoxunu istəməkdir.
İdeal, yoxsa sağlam çəki?
1) Niyə bu çəkiyə enmək istəyirəm?
Bu sual düşüncələrinzi dəqiqləşdirmək üçün yaxşı bir başlanğıcdır. Məsələn: bu müəyyən çəkini hədəf olaraq özünüzü seçdiniz, yoxsa bəziləri sizə təklif etdi?
2) Əvvəl heç bu çəkidə olmuşdummu?
Bu sual iki baxımdan faydalıdır. Birincisi, əgər əvvəl bu çəkidə olduğunuz bir dövr varsa, bu an istəyinizin həmin çəkiyə enmək, yoxsa "o illəri" yenidən həyata keçirmək arzusu olduğunu ayırd etməlisiniz. Yəgin anlayırsız ki, çəkinizdəki dəyişiklik sizə keçmiş günləri geri qaytarmaz. Belə bir istəyiniz olduğunu bilsəniz, hədəfinizi yenidən nəzərdən keçirməyiniz gərəkdir. Bu andan etibarən keçmişə həsrət duymağınıza yol açan problemlərinizi həll etməyə başlaya bilərsiniz. Daha sonra isə özünüzə yeni bir hədəf (sağlam çəki) təyin edib başlaya bilərsiniz.
İdeal, yoxsa sağlam çəki?
Fikrinizdəki çəkiyə tez çatmaq xatirinə özünüzü ac saxlamamalısınız. Bu müddət ərzində sağlamlığınızı pozmuş olar və hədəfinizə çatmağa çalışarkən stresə düşə bilərsiniz. Ancaq qidalanma proqramına başlayanda ən son çatmaq istədiyiniz çəkiyə hədəflənmək əvəzinə özünüzə daha kiçik hədəflər təyin edin. Hər çatdığınız hədəfdə diqqətinizi sonrakı hədəfə cəmləyərək davam etsəniz, həm özünüzü təzyiq altında hiss etməz, həm də sağlamlığınızı təhlükəyə salmadan kafi və balanslı qidalnmağı öyrənərək arıqlaya biləzsiniz
5 dekabr 2013
GO BACK