Siz də artıq çəkilərinizdən xilas olmaq istəyir, ancaq aclıq istəyinə qalib gələ bilmirsiniz?
İstəmədiyiniz qədər çox yemək yediyinizə görə məyus olursuz? Halbuki, incə bədən quruluşuna sahib olmaq üçün kiçik ölçülərdə yemək yeyə bilmək heç də asan deyil. Lakin çox vacibdir.
Ağız boşlugunda nanə qoxusu hiss etsəniz iştahınız azalar, gecə yemək yeməyə ehtiyac duymarsınız. Elə isə tənbəllik etməyin və gecə yatmazdan əvvəl deyil, televiziya qarşısında oturarkən, daha erkən saatlarda dişlərinizi fırçalayın.
Bəzən bir şey yemək yalnız bir vərdişdir. Ağzınız boş qalmasın deyə davamlı bir şeylər yeyirsiniz. Bu zaman saqqız çeynəməyə nə deyirsiz? Saqqız sizi təmin etmirsə, aşağdakı məsləhətlərdən məhz sizə uyğun olanını seçə bilərsiniz:

Biz, salatı yeməklə birlikdə yeməyi sevirik. Amma çəki itirmək üçün vacib olan bir şey var: yeməkdən əvvəl qəlyanaltı kimi salat yemək (salata qoyulan tərəvəzlər lifli qidalar olduğundan) tox qalmağınıza, əsas yeməyi daha az qəbul etməyinizə kömək olar.
Gün boyu çox su içmək aclıq hissini aradan qaldırar. Halbuki, bəzən aclıq zənn etdiyiniz hiss əslində susuzluqdur. Yeməkdən əvvəl əliniz su stəkanına getməlidir. Yemək yeyərkən də ara-ara su içmək özünüzü daha tez tox hiss etmənizi təmin edər .
Yeməkdə kiçik qablardan istifadə etmək içinə qoyduğunuz yeməyin miqdarının da azalması mənasını verir. Çünki yemək yeməyimiz bir az da gözümüzü doyurmaq ehtiyacımızdan qaynaqlanır. Böyük kasa və boşqablara az miqdarda yemək qoymaq sanki doymaq üçün yetərli olmaması hissini oyandır. Halbuki, kiçik kasa və boşqablara az miqdarda yemək qoymaq gözümüzdə də doyma hissini yaradacağı üçün həddindən artıq yemək vərdişinə qalib gələr.

Geniş geyimlərdə özünüzü rahat hiss edə bilərsiniz. Üstəlik, sizə arıqlamaq lazım olduğunu xatırlatmadığı üçün beyniniz də rahat olur. Halbuki, sizə arıqlamağınız lazım olduğunu xatırladacaq geyimlərə ehtiyacınız var. Üstünüzə tam oturan, belinizdəki yağları sizə xatırladaraq daha az kalori qəbul etməyiniz lazım olduğundan xəbərdar edən geyimlər geyinməyə nə deyirsiniz?
Spirtli içkilər yüzlərlə kalori almağınıza səbəb olur. Əlinizdəki şərab qədəhinin miqdarını azaldın.
Yeməyinizi, ya da şirniyyat payınızı paylaşmaq daha az kalori yığmağınıza səbəb olar. Bunları sizinlə paylaşacaq heç kim yoxdursa, sifariş verdiyiniz yemək və ya şirniyyatın yarısını qablaşdırın və ayırdığınız qisimini bir sonrakı günə saxlayın.
Çay və qəhvə içməyi sevirsiniz. Bəs bu içkilərlə birlikdə qəbul etdiyiniz şəkər miqdarı necə olacaq? Unutmayın, gündə 5 şəkər əlavə 100 kalori deməkdir. Əlavə kalorini həyatınızdan çıxarmaq üçün çay və qəhvədə şəkərlə vidalaşın.
Deyək ki, tətbiq etdiyiniz pəhrizi pozdunuz. Kiçik bir şokolad. ya da bir az qızartma yediniz. Dərhal "Onsuz da pəhrizi pozdum, heç olmasa daha çox yeyim" deyə fikirləşməyin. Çünki bu düşüncə sizə daha çox zərər verər. Arada yeməyi çox yedikdə, sonrakı payda planlaşdırdığınızdan daha az yeyin və ya daha çox hərəkət edin.