Qadin.NET / Hadisənin arıqlama sirləri

Hadisənin arıqlama sirləri

 

Hadisənin arıqlama sirləri

Türkiyənin ən populyar qadın müğənnilərindən biri olan Hadisə 68 kilodan 55 kiloya necə nail oldu? Çox arıqladığına görə bir sıra insanlar tərəfindən tənqid olundu. Amma fanatlarının bir çoxunun da sevgisini qazandı. Yaxşı, Hadisə bu qədər artıq kilonu necə oldu ki qısa müddətdə verə bildi? Gəllin birlikdə öyrənək.

 

68 kilodan 55 kiloya düşən, yəni 13 kilo arıqlayan Hadisə görəsən indi hər kəsin qibtə edərək baxdığı bədəninə necə nail olub? Sizin üçün müğənninin müvəffəqiyyətlə arıqlama hekayəsini, xüsusi məqamları və sağlam qidalanma təkliflərini sizinlə paylaşmaq istədim.

Hadisə çəki itirmək üçün arıqlama xüsusiyyəti olan sevdiyi yeməklərlə qidalanmasına sadiq qaldı. Günə başlayarkən uzun müddət tox qalmasını təmin edəcək və çəki itirməsinə kömək edəcək yumurta, pendir, yulaf kimi faydalı qidalardan hazırlanmış fərqli səhər yeməkləri yedi.

Nahar yeməklərində isə bədənindəki yağların əriməsini tezləşdirəcək və qarnın əriməsinə kömək edəcək quru lobya, mərcimək, noxud kimi paxlalılardan hazırlanan şorbalar və yeməklər yedi. Həmçinin gümrah və rahat olmasını təmin edən vitaminli salatlar və ispanaq, kələm, gül kələmi, qabaq kimi tərəvəzlərlə qidalandı.
Axşam yeməklərində isə tox tutan, qarında şişkinlik (köp) verməyən, kalorisi aşağı olan, buxarda ya da bol suda qaynadılmış qırmızı ət, toyuq əti və ya balıq yedi. Bağırsaqlarının yaxşı və daimi işləməsi və bu yeyəcəklərdən maksimum faydalı olması üçün kahı, şüyüd, cəfəri kimi göyərtilərdən hazırlanmış salatlar yedi.
Hadisə gün ərzində acıdığını hiss etdəndə "az və tez-tez" yemək qanununa uyğun olaraq həm halsız olmamaq, həm də aclıq hiss etməmək üçün yağsız qatıq, təzə meyvə və az miqdarda qoz, fındıq və badam kimi çərəzlərdən biri ilə qidalandı. Ayrıca bədənin su toplayıb kök görsənməsinin qarşısını almaq üçün yaşıl çay, itburnu, yasəmən, adaçayı kimi bitki çayları içdi, amma bu çaylara suni dadlandıcılar, şəkər əlavə etmədi.

Əlbəttə bütün bu qidalanma pəhrizinə yoldaşlıq edən bir əla qəhrəman da vardı! Su... Gündə 2 litr su içilərsə, bədəndə yığılan yağ miqdarı azalır və  arıqlamağa başlayırsınız. Bədəniniz güclənir və gümrah qalırsınız. Əgər kifayət qədər su içilməzsə, özünüzü yorğun, şişkin hiss edərsiniz. Yeməklərlə birlikdə və yemək vaxtlarında su için. Səhər oyanan kimi 2 böyük stəkan su için. 30 dəqiqə sonra isə səhər yeməyinizi yeyin. Oyandıqdan 1 saat içində yemək yeyilməlidir. Çünki maddələr mübadiləsi oyandıqdan 1 saat sonra yavaş hərəkət edir və qidalar gec həzm olunur. Əgər şirrniyyat yemək istəsəniz, onu da günorta saat 3-ə kimi 1 dilim yeyə bilərsiniz.

Əgər su içməyi unudursunuzsa, o zaman işdə və evinizdə çox olduğunuz yerlərə bir kağıza "Su iç" yazılı sözlər yazıb yapışdırın. Həmçinin komputerinizə və telefonunuza su içməyi xatırladan zəngli saat quraşdırın. Siz işləyərkən, başınız qarışıq ikən ekranda təyin olunan yazı sizin su içməli olduğunuzu xatırladacaqdır.
Bu pəhrizə sadiq qalsanız, hər gün 2 litr su içsəniz, yeməklərinizi vaxtında yesəniz, siz də Hadisə kimi arıqlamağa başlayarsınız.

İndi isə arıqlayarkən əmələ gələ biləcək dəri sallanmalarının yaranmasının qarşısını necə alaq bəs? Bunu necə edəcəksiniz? Bədəninizin elastik olmasını, dərinin möhkəmliyini qorumaq üçün özünüzə sizi xoşbəxt edəcək bir idman növü seçin. İdman etmək əyləncəli və faydalıdı. Çünki çəki itirərkən bədəninizin boşalmasının qarşısını alar və psixoloji olaraq özünüzü yaxşı hiss edərsiniz. Gecələri rahat yatıb, səhər isə dincəlmiş oyanarsınız. Rəqs edə bilərsiniz. Gündə ən azı 40 dəqiqə idman etməlisiniz. 

Hadisə bax belə arıqladı. İndi isə növbə sizdədir: hərəkətə keçin və gözəlliyinizi kölgədə qoyan, əhvalınızı pozan artıq çəkidən azad olun...
Hər birinizə uğurlar.  biggrin
17 iyun 2013
GO BACK