Qadin.NET / Sağlam şəkildə arıqla!

Sağlam şəkildə arıqla!

Sağlam şəkildə arıqla!

Çox adam arıqlayarkən qarın, bel və göbək nahiyəsinin qaldığından, amma üzünün arıqladığından şikayət edir. Xüsusilə yanlış pəhrizlər buna səbəb olur.

Arıqlama məsələsində necə qidalanmaq və hansı pəhrizdən istifadə etmək çox əhəmiyyətlidir. Zülalla bol olan qidalar yeməlisiniz. Karbohidratlardan daha az istifadə etməyə çalışın. 

Sümük əriməsinə diqqət!
 
Kifayət qədər sağlam arıqlama üsullarından istifadə etməyən insanlarda  D3 vitamini və kalsium çatışmazsa, arıqlayarkən sümük əriməsi və bununla əlaqədar deformasiyalar, boyun qısalması kimi problemlər ortaya çıxa bilər. Arıqlayarkən mütləq orqanizminizdə bu maddənin kifayət qədər olduğuna əmin olun.
Sağlam şəkildə arıqlamaq istəyənlərə qızıl təkliflər!
 Gündə 7 pay yeyin.
 Gündə 7 böyük stəkan yayda normal temperaturda, qışda isti su üçün.
 Gündə 7777 addım atın.
 Axşam 7-dən sonra ağır yeməklər yeməyin. 
 Həftədə 1 dəfə, 7 həftə üst-üstə nizamlı olaraq dartılın.
Sağlam şəkildə arıqla!

Yeddi qidanı artırın!
- Mövsümün az şəkərli meyvələri;
- Salat ;
- Yulaf əzməsi;
- Yağsız süd məhsulları;
- Dərisi çıxarılmış toyuq əti;
- Paxlalı qidalar;
- Taxıl məhsulları.
Yeddi qidanı azaldın!
- Un və şəkər;
- Qızartma;
- Yağlı şirniyyat məhsulları;
- Qaymaq və dərilər (balıq-toyuq);
- Yağlı qatqılar və souslar;
- Şəkərli və ya şəkər əlavə olunmuş içkilər;
- Çox miqdarda duz.
Sağlam şəkildə arıqla!
Yediklərinizin siyahısını tutun!
Hansı saatda nələr yediyinizin siyahısını tutmaq daha doğru və balanslı bir şəkildə qidalanmağınıza kömək edəcək. Sabahı gün lazım olan kalori miqdarı da müəyyən olunur. Bu siyahı ilə kalori hesablamaq çox rahat olacaq.
Qidaların kalori və vitamin dəyərlərini öyrənin!
40 minə yaxın qida olan təbiətdə nəyi nə qədər yediyimizin fərqində olmağımız və şüurlu istifadə etməyimiz lazımdır. Qidaların kalori dəyərlərini, hansı qida qrupuna aid olduqlarını bilməyimiz qəbul etdiyimiz kalori miqdarını da bilməyə kömək edir.
Sağlam şəkildə arıqla!

Etibarlı qidaları alın!
Qablaşdırma və istehsal şərtlərinə etibar etdiyiniz məhsullardan istifadə etməlisiniz. Açıq şəkildə satılan və necə istehsal edildiyi müəyyən olmayan məhsullardan istifadə etmək sağlamlıq üçün ciddi problemlər yarada  bilər. 
Bol miqdarda maye için!
Gündə 2-3 litr su içməlisiniz. Mayeyə olan ehtiyacınızı sudan başqa mayelər qarşılaya bilməz. Sağlam və formada olan bədənə sahib olmaq istəyirsinizsə, su içməyə laqeyd yanaşmayın...
İdman edin!
Aldığınız kaloriləri idmanın köməyilə yandıra bilərsiniz.
Ən əsası isə iradəli olun. Nəfsinizin sizə qalib gəlməsinə icazə verməyin!
13 iyun 2013
GO BACK