Əgər arıqlamaq istəyirsinizsə, saatda 500-dən çox kalori yandırmağa kömək edəcək hansı idman hərəkətlərinin olduğunu öyrənməlisiniz. Ən çox kalori yandıran idmanlari sizə təqdim edirəm.
Arıqlamaq istəyirsiniz? Əvvəlcə bilməlisiniz ki, yarım kilo arıqlamaq təxminən 3500 kalori xərcləməniz mənasını verir. Bu da arıqlamaq üçün kalori miqdarını azaltmaq və ya məşqlə kalori yandırmaq lazım olduğuna işarə edir. Təbii ki, hər ikisini bir yerdə etmək daha təsirli olacaq. Hər gün 500 kalori yandırmaq həftədə yarım kilo arıqlamağınız mənasını verir.
Qidalanmağa diqqət etməlisiniz. Sevdiyiniz idman növü ilə məşğul olmaqla daha asanlıqla arıqlaya bilərsiniz. Qaçışın və təkərli konki sürmənin ən çox kalori yandıran məşqlər olduğunu bilməlisiniz. Amma kalori yandıran tədbirlər yalnız bunlarla məhdud deyil. Ən çox kalori yandıran idman növləri ilə tanış olun.
13 km sürətlə qaçış: 986 kalori
Konki sürmə: 913 kalori
Taekvando: 730 kalori
İp atlama: 730 kalori
Treadmill gedişi: 657 kalori
Yavaş və templi qaçış (8 km/s): 584 kalori
Kürək çantası ilə gediş: 511 kalori
Racquetball: 511 kalori
Kros xizəyi: 511 kalori
Aerobika: 511 kalori
Unutmayın!
Bu kalori hesabı hamı üçün eyni olmaya bilər. Etdiyiniz idmanın təsiri, çəkiniz və mövcud fitness səviyyəniz kimi müxtəlif amillərlə əlaqədar olaraq dəyişə bilər.