Əziz xanımlar, əgər artıq çəkidən əziyyət çəkirsinizsə və arıqlamaq sizin üçün sadəcə bir xəyal kimi görünürsə, o zaman yazdıqlarımı sadəcə oxumaqla kifayətlənməyin, yazılanları yadda saxlayıb əməl etməyə çalışın.Əgər aylar və ya illərdir arıqlamaq arzusu ilə yaşayırsınızsa və bu arzunuzu heç cürə reallaşdıra bilmirsinizsə, bir anlıq düşünün ki, bu illər ərzində bu arzu ilə yaşamaqdansa 2-3 ay səbir və ağılla düzgün pəhriz saxlasaydım, indi artıq sevdiyim bədən formasına qovuşmuş olardım. Lakin rusların gözəl bir məsəli var “Heç caxt olmamaqsansa gec olmağı yaxşıdır”. Növbəti illərdə də eyni təəssüf hissini keçirmək istəmirsinizsə, o zaman elə bu gündən yazılanlara əməl etməyə çalışın...
Özünüzə səhər durmaq və sübh yeməyi üçün vaxt seçin və hər gün bu vaxtda durun. Məsələn 08:00-da.
Səhər - 08:15. 1 yumurta, 2 əl boyda lavaş, 1 pomidor yeyin (bunu başqa ərzaqlarla da əvəz edə bilərsiniz, məsələn, yumurtanı pendir, pomidoru xiyar ilə).
Nahar - 14:00. Bişirdiyiniz yeməkdən balaca boşqabin içi qədər yemək, 2 əl boyda lavaş, 1 xiyar. Duru yemək olarsa boşqabən içi qədər olmalıdır (Yeməklərdə az yağdan istifadə edin, yeməyi sakit şəraitdə, tələsmədən, səliqəli süfrə açaraq, televizoru söndürüb bütün diqqətinizi yediyiniz yeməyə yönəldərək yeyin).
Arada 1 meyvə yeyə bilərsiniz.
Axşam - 21:00. 1 meyvə və ya 1 paket günbaxan tumu. Özünüzün sevdiyiniz, sizi bezdirməyəcək, ev şəraitində edə biləcəyiniz, bədəni mökəmlədən, qarın piylərini əridən idmanlar seçin və hər gün 15 dəqiqə edin. Axşam yatmaq saatını müəyyən edin və ona əməl etməyə çalışın, məsələn 08:00-da durmusunuzsa 24:00-da yatın. Unutmayin, gecə yuxusunun əvəzini heç bir şey verə bilməz (8 saatdan artıq yatmamağa çalışın).
Qeydlər: Çipsi, kukruz, şirələr qarında piylənmə yaratdığı üçün onlardan uzaq durmanız məsləhətdir. Çay içərkən qənd və şokolad əvəzinə karamel və ya şüşə konfetlərdən istifadə etməyə çalışın. Özünüzü tərəzidə həfdədə 1 və ya 2 həftədə 1 dəfə çəkin. Özünüzü tez-tez çəkdiyiniz zaman necə çəki itirdiyinizi hiss etməyərək iradənizi zəiflədə bilərsiniz. Bu pəhriz insanda dəri sallanması, mədə-bağırsaq pozğunluğu, güclü iştah yaratmır. Bu pəhrizi bitdikdən sonra çəkiyə nəzarət çox asandır.
Əziz bacılar, unutmayın arıqlama insanın özü, sağlamlığı və kəbinli halalı üçün olmalıdır. Kimlərəsə acıq vermək və ya əks cinsi cəlb etmək üçün olmamalıdır. Allah hər zaman bizi arzularımıza çatdırsın və heç vaxt doğru yoldan ayırmasın inşAllah. Amin. Müvəffəqiyyətlərinizi bizimlə paylaşmağı unutmayın.