Qadin.NET / İştahanı azaltmanın 6 yolu

İştahanı azaltmanın 6 yolu

Əziz qadınlar, əgər siz iştahanızın çox olma səbəbindən artıq çəkiyə sahibsinizsə, onda bu yazı sizin üçündür. Diqqətlə oxuyun!

Artıq çəki  problemi yaşayan insanların təxminən hamısı böyük bir iştaha problemi yaşayır və artıq çəkidən sırf buna görə xilas ola bilmirlər. Bəs iştaha problemindən xilas olmaq üçün nə etmək lazımdır? Gəlin bunu birlikdə öyrənək və bu problemdən azad olaq.

İştahanızı nəzarət altına ala bilmir və yüngül bir aclıq hiss etdiyiniz zaman nəsə yeməyə çalışırsız? Artıq bundan azad olmağınızın  və iştahanızı nəzarət altına almağınızın vaxtı gəldi, əziz xanımlar! Çox kökəlməyin əsas səbəblərindən biri iştaha problemidir. Qarşınıza nə gəlirsə yeyirsinizsə, bilirsiniz ki, artıq çəki riski ilə qarşı-qarşıya qalacaqsınız. Buna görə iştahanızı nəzarət altında tutmalı və məcbur qalmadıqca artıq çəki gətirən qidaları yeməmlisiniz. Yaxşı, bəs görəsən iştahaya necə nəzarət edilə bilər? Gəlin, qidalanma və pəhriz mütəxəssislərinin iştaha ilə bağlı təqdim etdikləri xüsusi tövsiyələrinə birlikdə baxaq və iştahamızı birlikdə nəzarət altında saxlayaq.

İştahanı azaltmanın 6 yolu

 Şüursuzca yeməməyin  6 yolu.

 1. Aclıq hissini qovun

Hackensack Universitetindən Qidalanma Eksperti Susan Kraus əlavə vaxtlarda yemək yemənin mədənin aclıq hissini daha da ağırlaşdıracağını söyləyir. Bilirsiniz ki, vaxtlı-vaxtında yemək qan şəkərini sabit saxlamağa kömək edir. Yemək  zamanı ağ çörək, xəmir məmulatları ya da  karbohidratlar yerinə zülal və bir parça da təmiz yağlardan istifadə etmə lazımdır. Beləcə, mədənin qidayla təmin olduğunu siz də hiss edəcəksiz. Əlavə vaxtlarda ürəyiniz yemək istədikdə  ağıllı seçimlər edin. Yağsız qatıq yemək yaxşı bir seşimdir. 

2. Qıcıqlandırıcı qidaların seçimləri 

Bir həftə boyunca yeməklərin siyahısını tutun. Sizi nəyin stresə saldığını bilməlisiniz. Yemədən əvvəl özünüzü nə qədər ac hiss edirsiniz? Şirniyyatları da azaldın. Məsələn, kiçik bir paket şokoladın yarısını yemək kimi ... 

3. Bir az gözləyin

Stressli bir vəziyyətin ardından ilk 20 dəqiqə boyunca beyninin tələblərini dərhal yerinə yetirmək istəyərsən. Bu serotonini tarazlayan və stress hormonlarını aşağı salması üçün lazımlı olan minimum müddətdir. Əgər 20 dəqiqə özünüzü yemək yemədən saxlaya bilirsinizsə , mədənin aclıq hissi çox böyük  ehtimal ki, keçib gedəcəkdir.

İştahanı azaltmanın 6 yolu

 4. Maye qəbul edin

"Hypothalamus" beyninin ruhi halı və eyni zamanda iştaha siqnallarını təşkil edən nəzarət mərkəzidir. Əsasən də bu mərkəz aclıq kimi susuzluğu da hiss edən bir mərkəzdir. Bir stəkan su və ya isti çay içməyi yoxlayın, aclıq hissi mütləq keçəcəkdir. Kafeinsiz çay olmasına diqqət etmək lazımdır. Kafeinin stress hormonlarının ifrazını qıcıqlandırmasını sübut edilmişdir.

5. Saqqız çeynəyin

Ağzınıza şəkərsiz saqqız atın və bol-bol şişirdin. Avstraliyadakı elm adamları saqqız çeynəyənlərin  çeynəməyənlərə nisbətən 16%-də az stress hormonuna rast gəldiklərini demişlər.

6. Hər şeyə yaxşı tərəfindən baxın

Araşdırmalar qəh-qəhə çəkərək gülmənin stressi tamamilə yox etdiyini göstərir. Qəhqəhə ilə gülərkən endorfin ifraz olunur və kalori sərf etməyə başlayırsan. Bir saata qədər gülmək, yarım saat  ağırlıq qaldırmağa bərabərdir. Elə buna görə də gün ərzində qəhqəhə çəkib gülmənizdə fayda vardır. lol

İştahanı azaltmanın 6 yolu

Əziz xanımlar, arzu edirəm ki, hər biriniz öz istədiyiniz çəkini qoruyub saxlaya biləsiniz. 

6 may 2013
GO BACK