Qadin.NET / İş yerində arıqlamaq istərdinizmi?

İş yerində arıqlamaq istərdinizmi?

 İş yerində arıqlamaq istərdinizmi?

 

Ofisdə işləyən və davamlı olaraq hərəkətsiz qalan xanımlarımıza çox önəmli tövsiyələrimiz var. İşləyərkən pəhriz saxlamağn çox çətin olduğunu deyə bilərəm. Hələ üstəlik, masa arxasında işləyirsinizsə, bu vaxt hərəkətsiz qalan bədənə daxil olan qidaların artıq çəkiyə çevrilməməsi üçün mütləq diqqətli olmaq lazımdır. 

* İşləyən insanların otağında (siyirməsində) başını qatacaq bir çox şirniyyat növləri olduğunu bilirik. Yağ nisbəti yüksək olan şokoladları, duzlu peçenyeləri ordan uzaqlaşdırın. Badam, qoz kimi çərəz və quru qaysı, kişmiş kimi quru meyvələri seçin.

* Boş yerə deyilməyib ki, gün ərzində 5 dəfə yemək lazımdır. Ara saatlarda yeyilən qidalar maddələr mübadiləsini tezləşdirir. Həmçinin tox olduqda ziyanlı qidalara meyliniz də azalır. Siyirməyə qoyduğunuz sağlam qidaları az-az yeyin, beləliklə, özünüzü bu  qidalarla tox tutmuş olacaqsınız.

*İş yerinin yeməkxanasında pəhrizinizə uyğun hansı yeməklər var? Bəs çöldə, kafedə və ya restoranlarda yediyiniz yağlı yeməklərin sizi aldatmayacağına əminsinizmi? Bax, bu səbəbdən ən yaxşısı yeməyi evdən gətirməkdir. Yeməyə salatlarla (zeytun yağı ilə) başlasanız, sizi tox tutacağını da unutmayın.

 

İş yerində arıqlamaq istərdinizmi?

 

*Su şüşəsini masanızın üstündən ayırmayın. İşləyərkən çay, qəhvə əla olur, bilirəm, amma suyun çəkinin azalmasına nə qədər kömək etdiyini də unutmayın. Ürəyiniz  qəhvə və ya çay istəyəndə onların yerinə su için. Həm dişlərinizi saralmaqdan qoruyar, həm də yağ yandırmağa bir addım daha yaxınlaşarsınız .

*Davamlı olaraq oturmaq beldə və bədənimizin bir çox yerində yağ toplanmasına səbəb olur. Mümkün olanda ayağa qalxmalısınız. Masanızda boşalan su qabınızı doldurmaq üçün qalxmaq çox yaxşı ideya ola bilər. 

 *Yemək yeyərkən tez-tez yeməyin. Yavaş-yavaş yeyəndə toxluq hissini daha tez hiss edərsiniz və beləliklə, daha az kalori alarsınız. 

* Nə qədər yediyinizin hesabını tutmağı unutmayın. Kompüter qarşısında bilmədən yediklərinizdən, ya da içdiklərinizdən aldığınız kaloriləri hesaba qatmağı unutmayın. Eyni kalori və ya yağ nisbətinə malik olan iki qida arasında seçim edəcəksinizsə, çəkisi yüksək olanını seçin. Eyni kalori ilə daha çox doymuş olarsınız. Əgər yediklərinizin kalori dəyərini bilmirsinizsə, bunu saytımızdan öyrənə bilərsiniz.

11 aprel 2013
GO BACK