Əziz xanımlar, sizə təqdim etdiyim bu pəhriz sınanmış və uğurla nəticələnmiş bir pəhrizdir. Cəmi 1 həftə edilən bu pəhriz artıq ikinci həftədə adət halını alır,yəni insana çətin gəlmir. Əsas odur ki, 1-ci həftəni olduğu kimi edin və dözün! Əgər yazıldığı kimi pəhriz saxlasanız,inanın ki, artıq çəkidən azad olacaqsınız!
1-ci gün.
Səhər yeməyi -1 stəkan çay, ya da kofe.
Günorta yeməyi -2 soyutma yumurta,100 qram çiy kələm.
Şam yeməyi -2 tikə qızardılmış balıq,amma çörəksiz.
2-ci gün.
Səhər yeməyi -2 dilim qara çörək.
Günorta yemeyi -balıq, tərəvəzlərdən hazırlanmış salat.
Şam yeməyi -200 qram mal ət, kefir.
3-cü gün.
Səhər yeməyi -çay, 2 dilim qara çörək.
Günorta yeməyi -200 qram mal əti, 1 alma.
Şam yeməyi -2 soyutma yumurta, tərəvəzlərdən hazırlanmış salat.
4-cü gün.
Səhər yeməyi -1stəkan çay.
Günorta yeməyi -1yumurta, 2 kök, 15 qram pendir.
Şam yeməyi -istədiyiniz hər hansı bir meyvə.
5-ci gün.
Səhər yeməyi -1 stəkan çay.
Günorta yeməyi -500 qram toyuq əti.
Şam yeməyi -2 soyutma yumurta, 2 kök.
6-cı gün.
Səhər yeməyi -1stəkan kofe.
Günorta yeməyi -2 tikə soyutma balıq.
Şam yeməyi -istədiyiniz hər hansı bir meyvə.
7-ci gün.
Səhər yeməyi -1 stəkan çay.
Günorta yeməyi -200 qram mal əti.
Şam yeməyi -2 tikə qızarmış balıq, istədiyiniz hər hansı bir meyvə.
Hər birinizə uğurlar diləyirəm.