Qadin.NET / Toya bir həftə qalmış necə arıqlamaq olar?

Toya bir həftə qalmış necə arıqlamaq olar?

Toya bir həftə qalmış necə arıqlamaq olar?


Hər bir qız öz toyunda gözəl, qamətli olmaq istəyir. Bu yaxşı istək olsa da, toya bir qədər qalmış vəziyyət dəyişir. Artıq çəki problemi yaranır. Bəzən də 5-6 ay qabaq tikdirdiyimiz və ya sifariş etdiyimiz gəlinlik dar gəlir. Amma illər boyu qadınları qarabaqara izləyən bu "qlobal" problem o qədər də qorxulu deyil. Onun yaranmasının qarşısını almaq üçün ilk növbədə, bir neçə adi səhvi etməmək lazımdır.


Birincisi-bütün günü əsəb gərginliyi sizi daha çox yeməyə məcbur edir. Toy hazırlığı sizi o qədər həyəcanlandırır ki, nə yediyinizi heç fikirləşmirsiniz də.

İkincisi- yemək vaxtınıza diqqət yetirək. Toy qabağı başınız o qədər qarışıq olur ki, səhər və ya şam yeməyinin vaxtını unudursunuz. Çox vaxt fast-foodla qidalanırsınız.

Üçüncüsü- idmanla və fitneslə məşğul olmağa vaxtınız qalmır. Hazırda sizin üçün yeganə idman tamada, fotoqraf, şadlıq sarayı və s. problemlər dalınca qaçmaq olur.

Nə etməli və ya etməməli?

Ən başlıca səhv - toya bir həftə qalmış qızların bəzən "pəhriz" adlandırdıqları "ac qalmaq"dır. Bundan ən yaxşı çıxış yolu, fastfood, buterbrod, çips və ya bifşteksin varlığını unutmaq və orqanizmi  "yüklənmədən boşaltmaqdır". Bu bədəni artıq qalıqlardan təmizləyəcək və itirilən enerjini bərpa edəcəkdir.

Beləliklə, günə belə başlayırıq: təzə meyvə və tərəvəzlərdən sıxılmış şirəylə...

 
Bunu hazırlamaq o qədər də çətin deyil:

1 ədəd kök, 1 ədəd alma və zövqə görə zəncəfil. Bu içki təkcə enerjini bərpa etməyəcək, həm də bədəninizdən zərərli maddələri çıxaracaq. Hər gün bu şirəni hazırlayıb içsəniz, bir həftədə yaxşı dəyişikliklər hiss edəcəksiniz.

Hər bir orqanizmə A, B, C vitaminləri, mineral duzlar, mikroelementlər və protein lazımdır. Bunun üçün də "Vitamin kokteyli" hazırlamaq olar. 100 ml. süd zərdabı, 50 ml. alma şirəsi və 10 ml. yemiş şirəsini blenderdən keçirdirik, soyuducuya qoyuruq. Soyuduqdan sonra kokteyliniz hazırdır.

Gündə 2 litrdən çox qazsız mineral su içməyi unutmayın. Üzüm, yemiş və sitrus meyvələri də hər gün itirdiyiniz enerjini bərpa edərək artıq çəki ilə mübarizənizə kömək edəcək.

Balanslaşdırılmış rasion, sağlamlığın əsasıdır.

Gözəllik qurban tələb edir. Toy qabağı həftədə isə qızardılmış ət, ağ çörək, yağlı xəmir, kartof, şəkər, pivə, düyü kimi ərzaqları qurban verməlisiniz. Əvəzində isə, güclü, eyni zamanda orqanizmi artıq çəkidən qurtaran şeylər - qoz, tərəvəz, meyvə, quru meyvələr, qara çörək, yarma sıyığı, kefir və s. yemək məsləhətdir. Toy qabağı stress və həyəcanın yox olması üçün alma və banan xüsusilə xeyirlidir.

Təzə salat - vitaminlər və doydurucu maddələr mənbəyidir və orqanizmin energetik balansına mühüm təsir göstərir. Siz bu salatı hazırlayarkən öz fantaziyanızdan da istifadə edə bilərsiniz. Amma unutmayın ki, az kalorili tərəvəzlər- kök, soğan, pomidor, Çin kələmi, xiyar, qırmızı turp, ispanaq, şirin bibər və s. dir.

Əgər şorba hazırlamaq istəyirsinizsə, zeytun və ya qarabaşaq yağından istifadə edin. Şorbaya limon suyu və göyərti də əlavə etməniz məsləhətdir. Amma mayonezə yaxşı olar ki, heç yaxınlaşmayasınız. Çünki, o yüksək kalori daşıyıcısıdır.

Tez-tez və az-az qidalanın. Gündə 5 dəfə yüngül və azkalorili yemək görünüşünüzün qayğısına qalacaq. Məsələn:
08:00 yeni sıxılmış şirə, meyvə sıyığı, yağsız yoqurt

12:00 tərəvəz salatı, qara çörək

15:00 alma, banan, armud və ya giləmeyvə-böyürtkən, çiyələk, moruq, qoz, yaşıl çay və 100 qr. pendir

18:00 vitamin kokteyli, kəsmik, meyvə

20:00 1 stəkan kefir

Həyəcan siqnalı və ya təcili tədbirlər:

Yox əgər hiss edirsiniz ki, bunlar sizə kömək etmir, onda əlavə tədbirlər görməlisiniz. Yəni, güclü dietaya keçməlisiniz.

I gün -1 litr süd

II gün -200 qr. kəsmik və 800 ml. şəkərsiz şirə (üzüm və baban şirəsini çıxmaq şərtilə)

III gün -1 litr qazsız su

IV gün -4 dilim qaynadılmış qabıqlı, duzsuz kartof və 800 ml. şəkərsiz şirə (üzüm və baban şirəsini çıxmaq şərtilə)

V gün -5 ədəd alma

VI gün -200 qr. qaynadılmış yağsız ət və 800 ml. şəkərsiz şirə (üzüm və baban şirəsini çıxmaq şərtilə)

VII gün -1 litr kefir

Bu ağır pəhrizi saxlaya bilməyənlər isə idmanla məşğul olmalıdırlar. Məsələn, velosiped sürmək, səhər qaçışları, yoqa və s.


Qarşınıza məqsəd qoyun və bu məqsədə çatmaq üçün əlinizdən gələni edin. Özünüzə əlavə bəhanələr taparaq ruhdan düşməyin. İnanın ki, bütün bu əziyyətlərinə dəyən bir gününüzdə-toyunuzda çox gözəl - şahzadələr kimi görünəcəksiniz!

Beləliklə, toydan qabaq arıqlamağın olar və olmazları:

Olar!

1. Orqanizmi artıq maddələrdən azad etmək,

2. Yüngül, xeyirli və doyumlu qidalanmaq,

3. Daha çox su içmək,

4. İdmanla məşğul olaq.

Olmaz!

1. Ac qalmaqla "pəhriz" saxlamaq,

2. Özünüzə güzgüdə baxıb "mən nəyə görə kökəlirəm?"-demək və yağlı, yüksək kalorili yeməklər yemək,

3. Əsas isə özünüzə inamı itirmək və yeni gəlinlik sifariş etmək. Bir qədər cəsarət hər şeyi həll edəcək![/center]

1 sentyabr 2010
GO BACK