İndi çox valideyni övladını necə arıqlatmaq olar sualının cavabı maraqlandırır. Bəzi uşaqlar məktəbə getdikdə artıq çəkili olurlar və böyüdükdə isə çəkiləri daha da artır.
Uşaqlar niyə kökəlir?
Uşaqları arıqlatmaq problemini həll etməzdən əvvəl, onların artıq çəkisinin səbəbini bilmək lazımdır. Əgər xroniki xəstəlik və metoabolizma yoxdursa, bunun səbəbi yüksək dinamiklik və qida mədəniyyətidir. İndi müasir həyatının idarəedici forması elədir ki, uşaq evi tərk etmədən kompyuter vasitəsi ilə ünsiyyətdə olur. Belə olduqda uşaq idman fəaliyyəti və aktiv oyunlardan kənarda qalır. Kartof qızartması, qazlı su və hər bir yüksək kalorili məhsulların həddən artıq reklam edilir, bunların istifadəsi də qida rasiyonumuzda üstünlük təşkil edir. Uşaqlar belə lazımsız qidaları məktəbdə, evdə çox istifadə edirlər.
Nəzərə almaq lazımdır ki, ailədə qəbul edilən qidaların hamısı təhlükəsiz deyildir. Çox az ailələr kolbasa, sosiska kimi tez hazır olan qidalar əvəzinə, tərəvəz və sıyıq yeməyi üstün tutur. Yemək mədəniyyətindəki bu çatışmamazlığa görə, daha sonra övladlarımızı necə arıqlatmaq haqqında düşünməyə məcbur oluruq. Övladınızı arıqlatmaq istəyirsinizsə, hər şeydən əvvəl, onun fəaliyyətini artırmağa çalışın. Həmçinin, ailənin bir üzvünün yox, bütün üzvlərinin arıqlaması vacibdir.
Bəs qətiyyən idmanla məşğul olmaq istəməyən uşağı necə arıqlatmaq olar?
Bunun üçün evdə onun istifadə edə biləcəyi idman aparatları almanız yaxşı olar, əgər valideynlər də bu idman fəaliyyətinə qoşulsa bu daha faydalıdır. Digər bir çarə də, bütün ailənin birlikdə gəzintilərə, yayda meşəyə, qışda isə xizək getməsi məsləhətlidir. Yaxşı nəticə əldə etmək üçün aildə bütün yemək rejimini dəyişmək lazımdır. Övladınızı xəstəxanaya analizə aparmaq əvəzinə ona hər şeylə, qızardılmış kartof əvəzinə brakoli yedirdin.
Kök uşaqlar üçün diet
Oruc tutmaq və ya diet uşaqların orqanizminə əks təsir göstərə bilər. Uşaqların orqanizmi daima onların böyüməsi üçün lazım olan maddələrə ehtiyac duyur. Buna görə də, uçaqların arıqladılması üçün yeganə məsləhət, tədricən onların zərərli məhsul istifadəsini azaltmaqdır. Uşaqları birdəfəyə adi yeməklərə öyrəşdirmək qeyri-mümkündür, çünki bu etiraz və qarşıdurmaya səbəb ola bilər. Çıxış yolu ərzaqların kalorisini aşağı salmağa qalır.
Əgər övladınız buterbrodsuz qala bilmirsə, sosiska əvəzinə buterbrodun içərisinə kalorisiz döş əti və ya tərəvəz qoyun. Mayonezi isə tərkibi göyərti və ədviyyalarla zəngin, az kalorili xama ilə əvəz edin. Şirin qazlı içkilə əvəzinə uşaqlarınıza asan hazırlanan, arıqlamağa kömək edəcək dietik smuzi tipli (tərkibi buz, giləmeyvə və tərəvəzdən ibarət) kakteyllər hazırlayın. İştahı idarə edən əsas rol yeməkdir. Buna görə də övladınızın arıqlamasını istəyirsinizsə onun qarşısına duru sıyıq, pörtlədilmiş ət və tərəvəz qoymalısınız. Əgər uşağın adi formada sevmədiyi yeməyi belə, süfrəyə qeyri-adi formada gətirsəniz bu onun marağına səbəb olacaq.