Qadin.NET / Çəkinə nəzarət et

Çəkinə nəzarət et

 

Aramızda artıq çəkidən əziyyət çəkənlər və onunla mübarizə aparanlar az deyil. Arıqlamaq üçün müxtəlif vasitələrdən istifadə edirlər: pəhriz saxlayırlar, günlərlə ac qalırlar, idman hərəkətləri edirlər, masaj salonlarına gedirlər, dərmanlar qəbul edirlər. 

Sizə daha faydalı məsləhətlər vermək istəyirəm.  

 

1. Aclıq.

Əgər arıqlamaq üçün günlərlə ac qalırsınızsa, çəkinizi normaya salmaq istəyirsinizsə ilk olaraq həkim-dietoloqla məsləhətləşin.

Əks halda qastrit və ya mədə xorası xəstəlikləri qazana bilərsiniz. Ac qaldıqda orqanizm zəifləyir, lazımı maddələr qana daxil olmur. Bundan əlavə saçlarınız, dişləriniz xarab olub tökülür, dəri elastikliyini itirir və qocalır. Əgər günlərlə ac qalan orqanizm, bir neçə dilim çörək qəbul etsə,  onu dərhal həzm edib, piy əmələ gələn yerə göndərəcək.


 

 

2. Ədviyyatlardan imtina.

Əgər siz ədviyyatlardan  və ya kartofdan, şəkərdən imtina edirsinizsə bilin  ki, onları ömürlük unutmalısız. Əks halda kilonuz sürətlə artacaq.

 

3. Fast-food.

Fast-food yeməkləri ilə həmişəlik vidalaşın. Restoranlarda ,kafelərdə təqdim olunan salatlar, qəlyanaltılar - yüksək kalorili qidalardır. Təkcə çips və burgerlərdə 9 000 kalori var. 

 

4. Vitaminlər.

Düşünürsüz ki, pəhriziniz sağlam və qidalandırıcıdır? Buna baxmayaraq tənbəllik etməyin, vitamin alın və qəbuluna başlayın.

Üz dərinizin rəngi, saçlarınız və dırnaqlarınız inanılmaz dərəcədə sağlam görünüşlü olacaq.


5. Günlük rejim

 Gününüzü planlaşdırın. Vaxtında yatın. Səhər, günorta  və axşam yeməklərini hər gün eyni vaxtda yeyin.

 Özünüz seçin: sağlam yuxu, sağlam qida? Ya da əksinə 5 saatlıq acqarına yuxu, yağsız, mayonezsiz salat?

Hər zaman hərəkətdə olun ki, sağlam gümrah ömür sürəsiniz.

Ev işləri ilə məşğul olmaq hələ hərəkətdə olmaq deyil..

İdman hərəkətlərini, qaçışı minimumdan başlamağınız məsləhətdir. İlk gündən 10 km qaçmayın. Əgər siz bunu heç vaxt etməmizsinizsə, 100 metr qaçdıqdan sonra yorula bilərsiniz. 

 

30 iyul 2012
GO BACK