Səhv: Hər gün tərəziyə çıxmaq

Arıqlamaq istəyənlər hər gün tərəziyə çıxaraq öz əhvallarını və motivasiyalarını azaldırlar. Bədənin çəkisi maye qəbuluna görə dəyişiklik göstərir. Həftədə 1 dəfə və ya 10 gündə 1 dəfə, ac qarına tərəziyə çıxmaq daha düzgündür.

Səhv: Bitki çaylarını nizamsız içmək

Bitki çayları kalorisiz olduğu üçün içə bilərsiniz. Ancaq arıqlama çaylarının tərkibində nə olduğuna diqqət etmədən içmək düzgün deyil. Belə çaylar yüksək təzyiq, bağırsaq problemlərinə yol aça bilər. Mütəxəssislə məsləhətləşmədən belə çaylardan istifadə etməyin.

Səhv: Uzun müddət maye qidalanma

Son dövrlər çox istifadə olunan "maye detoks" adlı qidalanma forması çeynəmə funksiyasını ləğv edir. Hər şey içki formasına salınır. Maye qidalanmada protein qəbulu az olur. Bundan əlavə, meyvələrin özünü yemək yerinə ancaq şirəsini içmək düzgün deyil. Meyvələr bağırsaqları hərəkətə keçirir, xroniki xəstəliklərə qarşı qoruyur.

Səhv: Sağlam qidalarda həddi aşmaq

Paket məhsulların üstündə şəkərsiz, qlutensiz, laktozsuz və ya aşağı kalorili etiketlər olur. Bu qidaların faydalı olduğunu düşünürlər. Heç nə kalorisiz deyil. Bu qidaları yeyərkən də həddi aşmamaq lazımdır.