Qadin.NET / Yapon qadınlarının arıq olmasının sirri

Yapon qadınlarının arıq olmasının sirri

Bişirmə üsulları

Yaponiyada yemək ənənəvi olaraq bişirilir, qızardılır, qaynadılır və çox az yağla xüsusi tavalarda qızardılır. Tərəvəzlər xırda-xırda doğranır, beləliklə, daha tez bişir. Yapon mətbəxində mədə, qaraciyər və böyrəklərə artıq yük olmasın deyə ədviyyatdan çox istifadə olunmur.

Çörək yerinə düyü

Düyü, yapon mətbəxinin əvəzedilməzidir. Bişirilmə formasına görə hər ölkədə fərqli olan düyü, Yaponiyada yağ və duz qatılmadan bişirilir və artıq çəkiyə səbəb olmur.

Səhər yeməyi vacibdir

Yaponlar səhər yeməyində meyvələrə, mürəbbəyə, balığa, yosuna yer verirlər. Miso şorbası da səhər yeməyində üstünlük verilir.

Yapon şirniyyatlarında şəkər yoxdur

Yaponiyada şirniyyat elə də məşhur deyil. Süfrədə şirniyyat varsa, kiçik porsiyada olduğuna və tərkibində heç şəkər olmadığına əmin ola bilərsiniz. Yaşıl çaydan kekslər, düyüdən dondurmalar hazırlayırlar.

30 iyun 2020
GO BACK