Yulaf
İdman edənlər üçün ideal qida sayılır. Enerjini qoruyub saxlayır və qan şəkərini nizamlayır. İdmandan sonra 30-50 qram arası yulaf əzməsi yeməkdə fayda var.
Türk qəhvəsi
Aparılan araşdırmalar, türk qəhvəsinin yağ yandırma prossesini sürətləndirdiyini ortaya çıxarmışdır. Yemək aralarında türk qəhvəsi içərək uzun müddət toxluq hiss edə bilərsiniz.
Badam
Badam ən yaxşı antioksidant mənbələrindən sayılır. Badamın tərkibindəki maddələr günəş şüalarının və çirkli havanın təsirlərini azaldır. Gündə 10-15 ədəd badam formada qalmağınıza kömək edəcək.
Zəncəfil
Məşq əsnasındakı əzələ ağrılarını azaldan güclü ərzaqdır. Hazırladığınız detok suyuna fındıq böyüklüyündə zəncəfil ata bilərsiniz. Bu həzm sistemini və qan şəkərini nizama salacaq.
Yumurta
Səhər yeməyində yumurta yeməyi unutmayın. Yumurtanın tərkibində olan B12, dəmir, maqnezium, protein formada qalmağa kömək edir.