Qatıq
Günün erkən saatlarında, az miqdarda yeyilən qatıq, həzm sistemini sakitləşdirir. Qastrit kimi mədə problemləri olanlara qatıq yemək tövsiyə edilmir.
Yulaf əzməsi
Səhərləri südlə yeyəcəyiniz yulaf, sizi gün ərzində tox saxlayacağı kimi enerjili olmağınıza da kömək edəcəkdir.
Yumurta
Yumurtanı səhəri oyanan kimi yesəniz gün ərzində toxluq hiss edəcəksiniz. Beləliklə, uzun müddət tox qala bilər, arıqlamağa kömək edir.
Qəhvə
Qəhvənin tərkibindəki kafein miqdarına görə qeyri-sağlam görünən qəhvə, əslində dünyadakı ən yaxşı antioksidant mənbəyidir. Yağ yandırmağa kömək edir.