Balıq
Balıq protein mənbəyidir. Eyni zamanda immunitet sistemini gücləndirməyə kömək edən vitaminlərlə zəngindir. Omeqa3-lə zəngin olması ürəyi qoruyur, pis xolestrini azaldır. Həftədə 2-3 dəfə balıq yeməyi unutmayın. Qızartmaq yerinə sobada və ya qızardaraq yeyin.
Göbələk
İmmuniteti gücləndirməsi ilə yanaşı toxluq hissi yaradır, ona görə pəhriz menularında istifadə oluna bilər. Tərkibində D vitamini olan çox az qidalardan biridir. C vitamini, fosfor, biotin kimi vitamin və minerallarla zəngindir.
İspanaq
Yaşıl yarpaqlı tərəvəz dedikdə ilk ağlımıza gələn ispanaq kalsium, maqnezium, selenium, E vitamini və C vitamini ilə zəngin olduğu üçün xəstəliklərdən qoruyur. Amma ispanağın vitamini itirməməsi üçün uzun müddət bişirməyin.
Alma
Alma insulin istehsalına müsbət təsir edir, toxluq hissi yaradır, qan şəkərini nizamlayır. Gündə 1 ədəd alma yeməkdə fayda var.
Fındıq, qoz, badam
Gündə 1 ovuc yeyildikdə həm immuniteti gücləndirir, həm də ürək xəstəliklərinə tutulma riskini azaldır. Yaddaşı gücləndirirlər. Qovrulmuş deyil, çiy olaraq yeyin.