Qadin.NET / Boy uzadan qidalar

Boy uzadan qidalar

 

Boy uzadan qidalar

Boy daha çox genetik amillərlə bağlı olsa da, ona təsir edən digər faktorlar da var. Burada əsasən qidalanmanın önəmi vurğulanır. Mütəxəssislərə görə, ucaboylu olmaq, uşaqların sümüklərinin sağlam formalaşması üçün bir sıra mineralların yetərincə qəbul olunmasına ehtiyac var. Onlardan ən vacibi kalsium və fosfordur. 11-24 yaş arasında fosfor və kalsiuma ehtiyacın daha çox olduğu dövrdür. Boy üçün digər vacib olan element isə D vitaminidir.

D vitamini sümüyün formalaşmasında böyük rol oynayır, məhz bu vitaminin sayəsində minerallar mənimsənilir. Bu vitamin isə ən çox Günəşdən sintez olunur, gündə ən azı 15-20 dəqiqə günəş vannası qəbul etməklə yanaşı, D vitamini ilə zəngin olan yumurta sarısı, qaraciyər, balıq qəbul etmək tövsiyə olunur.

Boy uzadan qidalar

Boyun uzanması, sümüyün sağlam formalaşması üçün proteinlə, A, C vitaminləri, kalsium, fosforla zəngin qidaların yetərincə qəbul olunması lazımdır. Sink və mis kimi elementlərin də boy inkişafında rolu var. Onlar boyun normal şəkildə uzanmasına yardım edir, bu elementlər çatışmayanda boy inkişafdan qalır.

Bu elementlərlə zəngin olan qidalar isə quzu, hinduşka əti, balqabaq çəyirdəyi, sarımsaq, yer fıstığı, dana qaraciyəri, göbələk. ispanaq, digər göyərtilər, brokoli və s. sayılır.  

Gün ərzində 2 stəkan süd içmək həm boyun uzanmasına, həm də sümüyün formalaşmasına kömək edir. Südü gecə yatmazdan əvvəl içmək daha faydalıdır. Çünki bu zaman içilən süd böyümə hormonunun çalışmasına yardım edir.

Boy uzadan qidalar

Eyni zamanda uşaqlar vaxtaşırı qatıq, ayran, pendir yeməlidir.

Uşaqların qida rasionunda quru meyvələr də olmalıdır. Hər gün 4-5 ərik, 2 əncir qurusu, 1 ovuc qara üzüm qurusu, bir qədər küncüt yeyilməsi tövsiyə olunur.


29 sentyabr 2019
GO BACK