Kök və alma
Alma və kök həzm sistemini yaxşılaşdırır. Həzm sisteminin sağlam qalmasına kömək edir. Pis qoxunun qarşısını alır.
Göyərtilər
Nanə və kəklikotu ağız qoxusunun qarşısını alar. Mədə turşuluğunu azaltmağa kömək edər.
Qatıq ən yaxın dostunuz olsun
Qatıqda olan yaxşı bakteriyalar həzmə, xüsusilə, süd məhsullarının həzm edilməsinə kömək edir. Şəkər qatılmış süni qatıqlardan uzaq olun.
Albalı
Albalı yeyin. Albalı ağızda yaranan pis qoxunun qarşısını alar və həzmə kömək edər.
Yaşıl çay
Yaşıl çay içmək beyin funksiyalarını sağaltmağa və müəyyən xərçəng növ risklərini azaltmağa kömək edir. Antioksidantlarla olduqca çox zəngindir.