Əsas yeməkləri göz ardı etməyin
Səhər yeməyində az yağlı və sağlam qidalara üstünlük verin. Məsələn, börek yerinə, yumurta, pendir, zeytun və çaya üstünlük verin. Bir alma, bir kasa qatıq və ya 1 su stəkanı süd, 3 qoz da səhər yeməyiniz də ola bilər.
Ofis şkafınıza quru meyvələr qoyun
Şkafınızda bisküvit, şokolad, cipslər yerinə quru meyvələr (quru ərik, quru əncir kimi), qoz, fındıq, badam olsun. Ara yeməklərdə bu qidalara üstünlük verin.
Yox deyə bilməmək
Günorta yeməyində daha az yağlı yeməklər alın, qızartmalardan uzaq olun. Sobada və ya qaynama üsulu ilə bişirilmiş yeməklərə üstünlük verin.
Bitki çaylarına üstünlük verin
Davamlı çay, qəhvə və qazlı içkilərin yerinə masada bir şüşə su olsun və bol su için. Ofisdə 8-10 stəkan su içə bilərsiniz. Qara çay yerinə, yaşıl çaya üstünlük verə bilərsiniz. Stressi azaltdığı üçün çobanyastığı, razyana çayını içə bilərsiniz.