Çuğundur
Qırmızı çuğundurun kökləri dəmir, kalsium, antioksidantla zəngindir. Betain hüceyrələrini yaxşılaşdırır və yeniləyir. Qaraciyəri toksinlərdən qoruyur. Toksinləri bədəndən uzaqlaşdırmaq üçün ideal seçimdir. Qırmızı çuğunduru buxarda qaynadın. Çiy də yeyə bilərsiniz.
Soğan və sarımsaq
Hər ikisində də, qaraciyərin ən güclü antioksindantlarından biri olan qlutatyonun istehsalına kömək edir. Qaraciyəri qoruyur. Çiy və ya qızarmış sarımsaq bir salat üçün əla seçimdir.
Zəncəfil
Zəncəfil, şişliyi azaldır, mənfi toksinləri atmağa kömək edir. Zəncəfil parazitləri öldürür. Metabolizmanı sürətləndirir. Qaraciyərin funksiyalarını dəstəkləyir. Gündəlik olaraq limon, bal ilə zəncəfil çayı içə bilərsiniz. Salatlarınıza da zəncəfil əlavə edə bilərsiniz.
Kök
Beta-karoten və A vitamini ilə zəngindir. İmmunitet sistemini gücləndirməyə kömək edir. Kök toksinləri bədəndən atmağa kömək edir.