Qadin.NET / Yaşıl çay içmək üçün 3 səbəb

Yaşıl çay içmək üçün 3 səbəb

 

1. Xərçəng riskini azaldır

Araşdırmalar yaşıl çayın sağlamlığa təsirini sübut edin. Yaşıl çayın tərkibindəki maddələr hüceyrə zədələrini yeniləyən təbii antioksidantlarla zəngindir. Bədəndəki sərbəst radikalları azaldaraq hüceyrələri qoruyur. Aparılan 29 araşdırmada yaşıl çay içən insanlarda xərçəngə tutulma riskinin az olduğu məlum olmuşdur. Artan yaşıl çay qəbulu ilə müxtəlif xərçəng növlərinin daşıdığı riskin azaldığı məlum olmuşdur.

Yaşıl çay içmək üçün 3 səbəb

2. Sağlam həyatı dəstəkləyir

Yaşıl çayın faydalarından biri də  müxtəlif xəstəliklər üzərində qoruyucu təsir yaradaraq həyat keyfiyyətini artırmasıdır. Sağlam həyat yaşamaqdan əlavə yaşama müddətini uzatmağa dair də araşdırmalar var. Təxminən 40 min yaponun daxil olduğu araşdırmada, gündə 5 və ya daha çox yaşıl çay içən şəxslər 11 il ərzində araşdırılıb. Araşdırma əsnasında yaşıla içən insanlarda ölüm səviyyəsi daha az olmuşdur. 

Yaşıl çay içmək üçün 3 səbəb

3. Ağız və diş sağlamlığında təsirli

Yaşıl çay antibakterial təsiri ilə dişlərdə çürük yaranmasına səbəb olan bakteriyaların təsirini azaldaraq diş minasının zədələnməsinin qarşısını alar. Beləliklə, yaşıl çay qəbulu, insanlarda diş sağlamlığını qoruduğunu sübut etmişdir. Bundan əlavə, bəzi araşdırmalar yaşıl çayın ağız qoxusuna mane olduğunu ortaya çıxarmışdır.

Yaşıl çay içmək üçün 3 səbəb

25 iyun 2019
GO BACK