Sağlam qidalanmanın ən bəsit qaydası; mövsümi qidalanma
Paketlənmiş, dondurulmuş qidaların yerinə, mövsümi qidalarla qidalanın. Meyvə və tərəvəzlərə üstünlük verin. Yayda yetişən meyvə və tərəvəzlərlə qidalanın.
Bədənizi istidən qoruyan qidalara üstünlük verin
Tərkibində bol maye olan və bədəni nəmləndirən meyvə və tərəvəzlərə üstünlük verin. Qırmızı bibər, zəncəfil, sarımsaq kimi bədənə istilik verən ədviyyatlardan çox istifadə etməyin. Maye tərkibi yüksək olan yay tərəvəzlərinə və meyvələrinə üstünlük verin. Qarpız, yaşıl yarpaqlı tərəvəzlərdən istifadə edin.
Ən böyük təhlükə susuz qalmalıdır
Bədənizin 70%-i su olduğu üçün isti havalarda tərlə itirdiyiniz suyu yerinə qoymaq lazımdır. Maye qəbulunu göz ardı etməyin.
Sərinləmək üçün kaloriniz artmasın
Sərinləmək üçün qazlı içkilərin içərkən artıq kalori qəbul etmiş olursunuz. Qazlı içkilər qatqı maddələri və şəkərlə doludur. Saf maye və təbii çaylara üstünlük verin.