Qadin.NET / Meyvələrin tərkibində hansı vitaminlər var?

Meyvələrin tərkibində hansı vitaminlər var?

 

Yay meyvələrinin hər birinin insan bədəninə ayrı faydası var. Alimlər fərqli mineral və vitaminləri almaq üçün miqdarını aşmamaq şərtilə meyvə yeməyin labüd olduğunu bildirir.

Çiyələk: Ən önəmli anti-oksidantlardan biridir. C vitamini ilə zəngindir. Bədən hüceyrələrini qoruyur. Xərçəng və ürək xəstəliklərinə qarşı mühafizəkardır. Eləcə də, dərinin yenilənməsində rol oynayır.

Meyvələrin tərkibində hansı vitaminlər var?

 

 

Ərik: Sarı meyvələr A vitamini və beta-karotendən ibarətdir. Bundan başqa, C vitamini, potasium və liflərlə zəngindir. Göz və ürək xəstəlikləri, mədə-bağırsaq üçün faydalıdır.

Meyvələrin tərkibində hansı vitaminlər var?

 

Gilas: Vücudda yığışan mayeni atmağa kömək edir. Tərkibində potasium yüksək olduğuna görə ürək xəstəliklərindən qoruyur. Xolosterolu aşağı salır.

 

Meyvələrin tərkibində hansı vitaminlər var?

 

Üzüm: Təzəsi, qurusu və doşabı ilə bir çox faydası var. Liflər, C vitamini və potasiumdan ibarətdir. Çəyirdəyi antioksidantdır. Üzüm qabığındakı C və E vitamini isə xərçəngdən qoruyur.

 

Meyvələrin tərkibində hansı vitaminlər var?

 

Qarpız: Bu giləmeyvələr bol su, likopen və beta-karotenlə zəngindir. Xolosterol və prostat xərçənginin qarşısını alır. Həmçinin, qan dövranını sürətləndirir.

 

Meyvələrin tərkibində hansı vitaminlər var?

 

 

axşam.az

30 may 2019
GO BACK