Qadin.NET / Tez qocalmağa səbəb olan qidalar

Tez qocalmağa səbəb olan qidalar

 

Şəkər

Şəkər çəki artmasına, qırışların yaranmasına, dərinin sallanmasına, ümumi olaraq sağlamlığa ziyan vurar. Həddindən artıq şəkər yemək dərini elastikliyinə zərər verir və qırışların sürətlə artmasına səbəb olur.

Tez qocalmağa səbəb olan qidalar

Yağlar

Qızardılmış qidalar, marqarinli qidalar qan axışının sürətini azaldır və erkən yaşlanmaya səbəb olur. Sadəcə dəri problemlərinə deyil, ürək xəstəliklərinə, damar sərtləşməsinə, damarların incəlməsinə səbəb olur.

Tez qocalmağa səbəb olan qidalar

Alkoqol

Bir qədəh şərab bədənə zərər verməz. Ancaq davamlıq alkoqol qaraciyərə təsir edər. Qaraciyər yaxşı işlədikdə, toksinləri bədəndən atar. Toksinlər qaraciyərdə yığılsa, sızanaq, qırışlar, elastiklik itkisi, qızartı, susuzluq, şişkinlik kimi problemlər dərinizə zərər vura bilər.

Tez qocalmağa səbəb olan qidalar

Duz

Həddindən artıq duz olan qidalar; pendir, pizza, cips, kraker və b. qidalar. Duz bədəndə maye yığılmasına, şişkinliyə səbəb olar. Eyni zamanda hüceyrələrin kiçilməsinə və susuz qalmasına səbəb olar.

Tez qocalmağa səbəb olan qidalar

Qəhvə

Qəhvə və kafeinli içkilər dərinizi qurudur. Kafein, sizi mayedən uzaqlaşdırır və bədəndə nəm çatışmazlığı yaradan maddədir. İçdiyiniz hər qəhvə üçün 1 stəkan su için. Dərinizi nəmləndirməyi unutmayın.

Tez qocalmağa səbəb olan qidalar

Ədviyyatlı qidalar

Ədviyyatlı qidalar, qan damarlarını genişlədir, dərini qıcıqlandırır. Dəri qırmızı, ləkəli və yaşlı görünür. Ədviyyatlı qidalar yeyə bilərsiniz, amma davamlı yedikdə şişkinlik, qızartı meydana gələ bilir.

Tez qocalmağa səbəb olan qidalar

31 mart 2019
GO BACK