Qadin.NET / Xərçəngdən qoruyan qidalar

Xərçəngdən qoruyan qidalar

 

Müxtəlif tərəvəzlər, meyvələr

Aparılan araşdırmalarda gün ərzində meyvə və tərəvəz yeyənləyin yeməyənlərə nəzərən xərçəngə tutulma riskini daha az olduğu ortaya çıxmışdır. Xərçəngdən qorunmaq üçün hər gün mümkün olduqca fərqli rəngdə tərəvəz və meyvə yeyin. Nə qədər rənglə qidalansanız, aldığınız antioksidant o qədər çox olar.

Xərçəngdən qoruyan qidalar

Qadınlar gündə 2-3 porsiya, kişilər isə 3-4 porsiya meyvə yeməlidir. Tərəvəzlər həm vitamin, həm də mineralla zəngindir. Zəngin qidalanma həzm sistemi xərçəngindən qoruyur.

Gündə 2-3 kasa çiy tərəvəz, 6-8 yemək qaşığı zeytun yağlı və ya bişmiş tərəvəz yeməyi vərdişə çevirin. Tərəvəz və meyvələri mövsümündə yeməyə çalışın.

 

Xərçəngdən qoruyan qidalar

 

Taxıl bitkiləri və lobyalar

Karbohidratı həyatınızdan tamamilə çıxarmayın, Taxıl bitkiləri, lobyalardan qəbul edin. Taxıllar B1 vitaminin qaynağıdır.

B1 vitamini həm bədənin enerji sistemini işlədir, həm də xoşbəxtlik olaraq bildiyimiz serotonin hormonun maddəsidir. Sağlam olmaq həm fiziki, həm də ruhi sağlam olmaq deməkdir.

Hər gün buğda, yulaf, taxıl bitkilərindən yeməkdə fayda var. Həftədə minimum 2 gün mərci, lobya, noxud kimi qidalardan faydalanmaq lazımdır.

 

Xərçəngdən qoruyan qidalar

 

 

Həftədə 2-3 günlük balıq

Omeqa3 insan sağlamlığına bir çox faydası var, bunlardan biri də xərçəngə tutulma riskini azaltmasıdır. Omeqa3-dən faydalanmaq üçün həftədə 2-3 dəfə buğlama və ya sobada bişmiş balıq yeyin. 

 

Xərçəngdən qoruyan qidalar

 

 Həddindən artıq qırmızı ət yemək mədə xərçəngi riskini artırır. Həftədə 2 gündən çox və 350 qramı keçməmək şərtilə qırmızı ət yeyə bilərsiniz. Əti bişirərkən qızartma və qovurma yerinə, buxarda və qaynadılma üsullarından istifadə edin. 

 

Xərçəngdən qoruyan qidalar

 

27 mart 2019
GO BACK