Darçın
Darçın təkcə ləzzəti ilə tanınmaz, eyni zaman güclü tibbi xüsusiyyətlərə malikdir. Xərçəng, ürək xəstəlikləri, infekisyalarla mübarizə aparır. HIV virusu ilə mübarizə aparmağa kömək edir.
Şokolad
Hər şeyin çoxu ziyan olduğu kimi şokolad çox yeyildikdə ziyandır. Ancaq şokolad xolestrolu aşağı salır, zehni gücləndirir, stressi azaltmağa kömək edir.
Sarımsaq
Alzheimer riskini sarımsaqla azalda bilərsiniz. Bundan əlavə ürək çatışmazlığı riskini azaldır və bədənə detoks təsiri göstərən sarımsaq, süfrənizin əvəzedilməzi olmalıdır.
Təbii bal
Tibbdə min ildən çox istifadə olunan bal, bir çox sağlamlıq problemi üçün təbii dərman olaraq bilinir. Antiseptik, antioksidant və antibakterial xüsusiyyətlərə sahib balı, qida rejiminizə əlavə etməlisiniz.
Zeytun yağı
Zeytun yağının sağlamlıq baxımından bir çox faydası var. Beynimizin və ürəyimizin sağlam olmasına kömək edən zeytun yağı, doymamış yağlarla zəngindir. Zehni fəaliyyəti müsbət istiqamətdə dəstəkləyir və antioksidant tərkiblidir. Bundan əlavə 2 diabet növünə tutulma və xərçəng riskini azaldır.