Öd kisəsi üçün faydalı olan qidalar
Bitkilər
Nanə yağı, rəzyana və zəncəfil öd kisəsində zərərli hüceyrələrin çoxalmasına mane olan ən təsirli bitkilərdəndir. Bu bitkilərin tərkibindəki maddələr toksinləri azaldır. Öd kisəsində şiş və daş yaranmasına mane olur.
Lifli qidalar
Yüksək lif tərkibli qidalar həzmi asanlaşdırdığı üçün öd kisəsi xəstəliklərinə tutulma riskini azaldır. Aparılan araşdırmalarda, xüsusilə, alma kimi yüksək lifli qidalar xərçəng və daşların yaranmasının qarşısını alır.
Meyvə və tərəvəzlər
Tərəvəzləri çiy yemək öd kisəsi xəstəlikləri üçün olduqca faydalıdır. Həzmi asanlaşdıram kələm və qatıq qarışımı davamlı yeyilməlidir.
Bunlardan əlavə: cəfəri, zəncəfil və yaşıl yarpaqlı tərəvəzlər.