7 gün ərzində nizamlı pomidor yeməyin faydalarını sizə təqdim edirik.
Təzyiqi nizamlayır
Pomidorun tərkibindəki maddələr qan təzyiqini nizamlayır. Qanda yaranan zərərli maddələrin səviyyəsini azaldır və yüksək təzyiq riskini azaldır.
Həzmi asanlaşdırır
Tərkibindəki liflər sayəsində həzm sistemini nizamlayır. Həzm sistemindəki əzələlərin rahat işləməsini təmin edir. Eyni zamanda şişliyi aradan qaldırır.
Dəri sağlamlığı
Yeddi gün ərzində yeyilən pomidor, dəridə meydana gələn pozulmaları aradan qaldırır. Yaşlanmağı gecikdirir, dəridəki günəş ləkələrinin azalmasında rol oyanayan ərzaqlardandır.
Göz sağlamlığı
Pomidor, tərkibindəki A vitamini sayəsində gözdə yarana biləcək sarı nöqtə xəstəliyinə tutulma riskini azaldır.
Siqaret düşməni
Siqaret dumanına məruz qalanların bədənini mənfi radiklardan təmizləyən antioksidanlardan ibarətdir.