Qadin.NET / Üz formasını dəyişən qidalar

Üz formasını dəyişən qidalar

Üz formasını dəyişən qidalar

 

Süd

Süd sümük inkişafı baxımından vacib içkidir. İnkişaf dövründə olanlara bol-bol içilməsi məsləhət görülsə də, böyüklər gündə 1 stəkandan çox içməməlidirlər.

Südün tərkibindəki laktoza çox qəbul edildikdə, dəridə qara nöqtələrə və sızanağa səbəb olur.

Bəzi hallarda isə gözaltında şişlik və üzdə yorğunluq ifadəsi olur.

 

Üz formasını dəyişən qidalar

 

 

Qluten tərkibli qidalar

Həddindən artıq qluten sızanaq, qara nöqtə və ləkələrə səbəb ola bilir. Qluten üz formasını dəyişə bilir.

 

Üz formasını dəyişən qidalar

 

Qluten aşağıdakı qidalarda var:

- Buğda

- Çovdar

- Yulaf

- Arpa

 

Şəkər

Şəkərin zərərli olduğunu artıq hamı bilir. Həddindən artıq yeyildikdə üzə də təsir edir. Üzün üst qismində dərin qırışlar, gözlərin altında torbalar, incə və solğun dəri, sızanaq yaranır.

Gözəl dəriyə və üz xətlərinə sahib olmaq istəyirsinizsə, ilk olaraq şəkəri həyatınızdan çıxarmalısınız.

 

Üz formasını dəyişən qidalar

 

15 dekabr 2018
GO BACK