Qadin.NET / Bənzədiyi orqan üçün faydalı olan qidalar

Bənzədiyi orqan üçün faydalı olan qidalar

 

 

Nar

Nar dənələri qanın içində olan qan hüceyrələrinə oxşayır. Nar antioksidan olduğu üçün qanın tərkibindəki zərərli hüceyrələrin sayını azaldır. Qan dövranını sabitləyir və ürək xəstəliklərinə tutulma riskini azaldır. Qan hüceyrələrinin sayını artıraraq qan azlığını aradan qaldırır.  

 

Bənzədiyi orqan üçün faydalı olan qidalar

 

 

Kivi

Göz bəbəyinə oxşayır. E vitamini baxımından zəngin olan kivi, yaşla əlaqəli görmə probleminin qarşısını alır. Katarakta xəstəliyinə tutulma riskini azaldır.

 

Bənzədiyi orqan üçün faydalı olan qidalar

 

 

 

Zəncəfil

Zəncəfil bağırsaqlara və mədəyə bənzədilir. Yağlı və karbohidratlı qidalardan sonra ortaya çıxan həzmsizlik, qaz problemi və qusma kimi problemlər üçün faydalıdır. Qastrit müalicəsində istifadə olunur.

 

Bənzədiyi orqan üçün faydalı olan qidalar

 

 

 

Avokado

Avokado budaqda 9 ay qalması və qoruyucu qatlarına görə qadınların çoxalma orqanına oxşadılır. Mütəxəssislər bu oxşarlıqdan əlavə, avokadonun hamilə qadınların sağlamlığı baxımından olduqca faydalı olduğunu bildirirlər. Avokado qadın xəstəliklərinin qarşısını alar.

 

Bənzədiyi orqan üçün faydalı olan qidalar

 

 

Qoz

Qozu beynə oxşadırlar. Beynə faydası olduğu da bilinir. Beyin fünksiyalarının işləməsində təsirlidir. Eyni zamanda ruhi xəstəliklərə tutulma riskini azaldır. Gün ərzində 4 ədəd yeyilən qoz beyni qoruyur və hafizəni gücləndirir.

 

Bənzədiyi orqan üçün faydalı olan qidalar

 

 

Pomidor 

Ürək dostu kimi tanınan pomidor, antioksidan və lif baxımından ürək damarlarının sağlamlığını qoruyur. Qanı təmizləyən pomidor ürəyə gedən qan dövranını tənzimləyir. Damar tutulmasının qarşısını alır.

 

Bənzədiyi orqan üçün faydalı olan qidalar

 

1 oktyabr 2018
GO BACK