Qarpızın böyrəklər üçün olan faydası hamıya məlumdur.
Qarpız həqiqətən böyrəklər və sidik kisəsini yaxşı təmizləyir. Lakin bu nəhəng giləmeyvənin digər daha az bilinən faydaları da var.
1. Qarpız likopin maddəsi ilə zəngindir. Bu maddə ürək və damarların sağlamlığını qoruyur.
2. Qarpız əzələ ağrılarını azaldır. Idmandan əvvəl qarpız şirəsini içsəniz, əzələlərdə xoşagəlməz hislər sizi daha az narahat edəcək.
3. Sübut olunub ki, qarpız xüsusilə qarpız şirəsi və qarpız tumları kişi orqanizminə cinsi potensiyani artırır.
4. İnsanda əzələ ağrılarını, ürəkbulanması və mədə qıcqırmasını azaldır.
5. A vitamini ilə zəngin olduğundan göz üçün çox faydalıdır.
6. Qarpızın tərkibində olan "arginin" adlı maddə təzyiqi salmağa kömək edir.
7. Qidalı liflər və pektinlə zəngin olan qarpız bağırsaqları yaxşı təmizləyir, bağırsaq mikroflorasını yaxşılaşdırır, qəbizliyin qarşısını alır, bağırsaq xərçənginin riskini azaldır.
8. Qarpız qaraciyər üçün də çox faydalıdır.