- İmsakda yemək yeyib bitirən kimi yatmamalı, dik oturmalı, asta-asta yeməlidir.
- Mədə xəstələri mədə turşuluğunu artıran qazlı içkilər içməməlidir.
- Xüsusilə, imsakda yağlı, qızarmış, çox acılı və ədviyyatlı yeməklərdən yeməməli.
- Şirniyyat olaraq şərbətli şirniyyatlar yerinə südlü və meyvəli şirniyyatlar yeyilməlidir.
- Yeməyə şorba ilə başlayıb yavaş-yavaş yeyilməlidir.
- İmsakda zeytun, sosiska kimi mədəni narahat edən qidalardan uzaq dayanmaq lazımdır.
- Sobadan yeni çıxmış, isti çörək yeyilməməlidir.
- Dəmli çay və çox qəhvə istifadəsi mədə şikayətini artıra bilir.