ABŞ-da aparılan araşdırmada, oruc tutmağın bağırsaqda olan kök hüceyrələrinin yenilənmə fuksiyasını artırdığı ortaya çıxmışdır.
Kök hüceyrələrini yeniləyir
Ac qalan siçanların, ac qalmayanlara görə kök hüceyrələrinin iki qat daha yenilənmə qabiliyyətinə sahib olduğu görüldü. Araşdırma nəticəsində yaşlanma ilə bağlı kök hüceyrə funksiyaının itirilməsinin 24 saatlıq orucla tərsinə çevrildiyi təsdiq edildi. Araşdırma qrupunda olan türkiyəli alim Doç.Dr. Ömer Yılmaz etdiyi açıqlamasında, orucun ümumi sağlamlığa xeyrindən əlavə bağırsaqlarda kök hüceyrələrinin yenilənməsinə yardım etdiyini bildirdi. Araşdırma " Cell Stem Cell" jurnalında nəşr olunmuşdur.