Lif baxımından olduqca zəngin olan bananı bir çox insan sevir. Ancaq hər qidanı çox yemək ziyandır. Bananın həddindən artıq qəbulunun nə zərərləri var?
Qəbizlik
Həddindən artıq yeyilən banan qəbizlik yarada bilir. Xüsusilə, pəhriz və idman insanlar bu meyvənin qəbulunda ehtiyyatlı olmalıdır.
Alergiya
Banan yedikdən sonra ürək bulanma və ya dəridə qızartı görülsə alergiyanız ola bilər. Həkimə gedərək alergiyanızın olub-olmadığını öyrənə bilərsiniz.
Diabet
Tərkibində bol miqdarda şəkər olan bu meyvə, diabet xəstələrin yeməməli olduğu qidalardandır.
Çəkini artırır
Xəmir yeməkləri ilə eyni kaloriyaya malikdir. Buna görə də, həddindən artıq banan yemək kökəlməyə səbəb olur.