Gözəl saç, dəri və dırnaqların sirri yediyimiz qidalardadır. Hər nə qədər baxımlı olsanız da, qidalandığınız qidalar gözəlliyinizə təsir edir. Saçlarınızın daha tez uzanmağını istəyirsinizsə, pendir yeyin.
Saçlar üçün ən yaxşı ərzaqlar
Pendir: Saçların uzanmasını təmin edir
Toyuq əti: Saçları gücləndirir və gurlaşdırır. Toyuqda olan protein saçların uzanmasına kömək edir. Protein qəbulu azalanda saçlar tökülməyə başlayır.
Somon balığı: Parlaqlıq verir. Tərkibindəki omeqa-3 yağ asitləri saçlarının parıldamasını təmin edir. Saçlarını kökünü bəsləyərək sağlam uzanmasını təmin edir.
İspanaq: Saçların qırılmasının qarşısını alır. İspanaq A, C vitamini, dəmir kimi qida maddələri ilə zəngindir. Bunlar dərinizi və saçlarınızın nəmini qoruyacaq. Qırılmanın qarşısını alacaq.