1. Özünüzə 5 gün ərzində şəkər yeməyəcəm sözünü verin
5 gündən sonra baş ağrısı, duyğu dəyişmələri, gərginlik kimi simptomlar get-getə azalacaqdır. Şəkərsiz həyatın necə olduğunu görmək üçün, 5 gün şəkərsiz qalın.
2. Qazlı içkilərdən uzaq olun
Qazlı içkilər şəkərlə doludur. 1 stəkan kolada 10 çay qaşığı şəkər var. Bu da günlük şəkər normasından çoxdur. Bunun yerənə mədən suyu, su kimi sağlam alternativləri seçin.
3. Daha yaxşı bəslənin
Ürəyiniz şəkər istəyən vaxtlar, ac hiss etdiyiniz vaxtlardır. Protein və yağla daha yaxşı bəslənsəniz, toxluq hissi şəkərin yoxluğunu hiss etdirməyəcək.
4. Tərkiblərə göz atın
Aldığınız məhsulların tərkibinə baxmasanız, fərqində olmadan çoxlu şəkərlə qidalanmış ola bilərsiniz.
5. Şəkər ölü bir qidadır.
Ağ şəkər, sırf qlikozadan meydana gəlir. Tərkibində vitamin, protein və minerallar yoxdur.
6. Çay şəkəri yerinə digər bir seçim: bal
Çayla içdiyiniz şəkəri də atmalısınız. Çayla şəkər qəbul etməyi yavaş-yavaş edə bilərsiniz.